Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Ukrayna MDB-dən çıxmaq niyyətini bəyan edir


Petro Poroşenko
Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq və Rusiya ilə dostluq müqaviləsinin bəzi hissələrinin dayandırılması planlarını açıqlayıb.

Poroşenko hökuməti parlamentə Ukraynanın MDB-dən tam çıxmasına dair təklif verməyə çağırıb.

Poroşenko aprelin 12-də bəyan edib ki, “Ukrayna heç vaxt MDB-nin tam üzvü olmayıb və MDB-nin Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməməsi Kiyevin bu təşkilatdan birdəfəlik çıxmasına əsas verir”.

Poroşenko təhlükəsizlik forumundakı çıxışında deyib ki, o Ukrayna və Rusiya arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin fərdi maddələrinin dərhal və birtərəfli qaydada dayandırılması barədə qanun layihəsini parlamentə təqdim edəcək.

Prezident əlavə edib ki, bu müqavilə Ukraynanın “özünümüdafiə haqqına” ziddir.

Moskva Ukraynanın daxili işlərinə qarışmadığında və bu ölkənin şəqrindəki münaqişədə iştirak etmədiyində israr etsə də, Beynəlxalq Məhkəmə 2016-cı ildə qəbul etdiyi qərarda “Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişənin” getdiyini təsdiqləyib.

Hazırda MDB-də Rusiyadan başqa keçmiş SSRİ-nin səkkiz respublikası qalır. Bunlar Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG