Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 22:50

Gürcüstan və Ukrayna vətəndaşlarının Avropaya vizasız səfəri rəsmiləşir


Foto arxiv

Avropa Parlamenti və Avropa Birliyinin üzvləri Ukrayna və Gürcüstana qarşı viza rejiminin ləğvi ilə bağlı razılığa gəliblər. Bu barədə Reuters agentliyi xəbər verir.

Razılaşma dekabrın 7-i axşam saatlarında əldə olunub.

Vizasız rejimin dəqiq nə vaxt tətbiq ediləcəyi hələlik açıqlanmır, amma Kiyevlə Tbilisi artıq ilin sonunadək viza rejiminin qaldırılacağını ümid edirlər.

Qeyd edək ki, Avropa komissiyası bundan əvvəl Ukrayna ilə Gürcüstanın vizasız rejimlə bağlı bütün şərtləri yerinə yetirdiklərini bəyan eləmişdi.

İndi razılaşmanı Avropa Parlamenti və birliyə üzv ölkələrin hökumətləri də tısdiqləməlidir.

Hər iki keçmiş Sovet respublikası son illər Moskvanın təzyiqlərinə məruz qalıb.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

2004-cü ildə isə Ukrayna Moskvadan uz döndərərək Avropa Birliyinə inteqrasiya etmək qərarına gələndə, Rusiya Krımı ilhaq edib və bundan sonra Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında müharibə başlayıb.

2014-cü ildən bu yana Ukraynanın şərqində gedən bu döyüşlərdə 9 mindən çox adam ölüb.

XS
SM
MD
LG