Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Ukraynayla bağlı razılığa gəliblər


Luqanskda Rusiyapərəst separatçılar
Luqanskda Rusiyapərəst separatçılar

Almaniya, Fransa, Rusiya və Ukrayna 2015-ci ildə olunmuş sülh razılaşmasının irəli aparılmasından ötrü bir sıra «vacib tədbirlər»ə razılaşıblar. Razılaşmanın məqsədi Ukraynanın şərqində qanlı döyüşlərə son qoymaqdır. Bu haqda Almaniya hökuməti məlumat yayıb.

İyulun 24-də gecə saatlarında açıqlanmış məlumata görə, «Normand qrupu» adlanan dördlük Ukraynanın şərqində atəşkəsin istənilən formada pozulmasını dərhal dayandırmağa çağırıb. Bu ərazidə Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri vuruşur.

PRİORİTETLƏR

Bəyanat dörd ölkə liderinin ikisaatlıq telefon söhbətindən sonra yayılıb. Ukrayna əsgərləri və Rusiyaya bağlı döyüşçülərin ayrılması, ağır silahların geri çəkilməsinin də prioritet olduğu bildirilir.

Konkret tədbirlərin detalları, hələlik, açıqlanmayıb.

V.Putin və P.Poroshenko
V.Putin və P.Poroshenko

2015-ci ildə «Minsk sülh razılaşması» adıyla tanınmış sazişlər Ukraynanın şərqindəki münaqişəni durdura bilməyib. 2014-cü ilin aprelindən bəri münaqişədə 10 mindən çox adam ölüb.

Atəşkəslə bağlı daha öncəki çağırışlar da iflasa uğrayıb. Almaniya kansleri Angela Merkel iyulun əvvəlində Böyük 20-liyin sammitində deyib ki, zorakılığı dayandırmaq cəhdləri çox, çox ləng gedir.

İyulun 24-dəki telefon söhbətində Ukrayna prezidenti Petro Poroshenko tələb edib ki, Rusiya separatçılara silah göndərilməsini dayandırsın, Rusiya sərhədi yaxınlığındakı münaqişə regionlarında BMT sülhməramlıları yerləşdirilsin.

SEPARATÇININ BƏYANATI PİSLƏNİLİB

Poroshenko-nun ofisinin yaydığı məlumata görə, Fransa prezidenti Emmanuel Macron separatçıların liderinin ötən həftəki bəyanatını pisləyib. O, Ukraynada «Malorossiya» (Kiçik Rusiya) adlı yeni dövlət qurmaq istədiyini deyirdi.

Kremlin bəyanatına görə, «prezidenti Vladimir Putin Minsk razılaşmasının əsas bəndləriylə bağlı Rusiyanın yanaşmasını detallı təsvir edib».

Moskva Ukraynanın Krım regionunu qanunsuz ilhaqına və Ukraynanın şərqindəki separatçılara göstərdiyi dəstəyə görə ABŞ və digər Qərb ölkələrinin sanksiyaları ilə üzləşib.

Ancaq Rusiya separatçılara silah, yaxud döyüşçü yardımı etmədiyini bildirir.

24 iyul telefon söhbətində münaqişənin monitorinqini aparan ATƏT təmsilçisinin də iştirak etdiyi bildirilir.

XS
SM
MD
LG