Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

Poroshenko BBC-nin rüşvət iddiasını ‘ağ yalan’ adlandırır


ABŞ və Ukrayna prezidentləri Donald Trump (sağda) və Petro Poroshenko
ABŞ və Ukrayna prezidentləri Donald Trump (sağda) və Petro Poroshenko

Ukrayna prezidenti ABŞ prezidenti Donald Trump-ın müvəkkilinə ötən il 400 min dollar rüşvət verildiyinə dair BBC məlumatını “ağ yalan” adlandırıb. Xəbərdə bu pulun vəkilə iki liderin görüşünü təşkil etmək üçün verildiyi iddia olunur.

Petro Poroshenko-nun ofisi təkzib bəyanatını mayın 23-də, BBC materialı dərc olunduqdan bir neçə saat sonra verib. BBC materialında iddia edilir ki, ödəniş araçıların vasitəsilə Michael Cohen-ə edilib. Guya Cohen bu ödənişin müqabilində Poroshenko və Trump arasında məxfi kommunikasiya kanalı açmalıymış.

BBC-nin reportajında Kiyevdə adı çəkilməyən mənbəyə istinad edilir.

Porosheko-nun mətbuat xidmətinin bəyanatında deyilir: "Ağ yalan, iftira və saxta məlumatdır. Biz bu dezinformasiyanı belə qiymətləndiririk”.

Bəyanatda daha sonra deyilir ki, “bu dezinformasiyanı” yayanlar Ukrayna-ABŞ münasibətlərinə ziyan vurmaq istəyirlər:

“Bu həm də Ukrayna və ABŞ prezidentlərinə qarşı şəxsi hücumdur”.

Bəyanatda BBC-dən materialı silmək tələb edilir və bildirilir ki, məsələ ilə bağlı hüquqi müstəvidə tədbir görülə bilər.

Cohen bu barədə Reuters-in sualına SMS-lə cavab verib: “Bu məlumat tamamilə saxtadır”.

BBC-nin bu məlumatı Cohen-in üzərinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir. O uzun müddətdir ki, Trump-ın şəxsi müvəkkilidir və onun imperiyası üçün müxtəlif sövdələşmələrin əldə olunmasında əsas rollardan birini oynayıb.

Cohen habelə 2016-cı ildə porno aktrisasının Trump-la keçmiş münasibətləri barədə susması üçün qadına ödəniş edilməsini təşkil edib. Trump bu qadınla hər hansı intim münasibətlərini inkar etsə də, ona 100 min dollar ödəndiyini təsdiqləyib.

Ötən ay federal xəfiyyələr Cohen-in evinə və ofisinə reyd keçiriblər.

Məhkəmə sənədlərindən məlum olur ki, qaynatası Ukrayna mühaciri olan Cohen bank fırıldaqçılığında, seçki qanunlarını pozmaqda və başqa qanunsuz əməllərdə şübhəli bilinir.

Hüquq ekspertləri deyirlər ki, aktrisa Stephanie Clifford-a ödəniş qanunsuz kampaniya ödənişi kimi təfsir edilə bilər.

Ukraynadakı mənbə BBC-yə bildirib ki, Poroshenko ABŞ seçkisində Hillary Clinton-un qələbəsinə inanırmış və 2016-cı ilin avqustunda The New York Times qəzetində dərc olunmuş sənədin sızmasına məhz o xeyir-dua verib.

Həmin sənəddən görünürdü ki, Trump-ın ovaxtkı kampaniya rəhbəri Paul Manafort Ukraynadakı rusiyayönlü partiyadan milyonlarla dollar alıb. Bu məqalənin dərcindən bir neçə gün sonra Manafort istefa vermişdi.

Ötən il xüsusi prokuror Robert Mueller Manafort-a qarşı iki rəsmi ittiham irəli sürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG