Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:27

Ukrayna Avropa İttifaqından maliyyə yardımını tam ala bilməyəcək


Hugues Mingarelli

Ukrayna Avropa İttifaqından maliyyə yardımının üçüncü tranşını ala bilməyəcək. Aİ-nin Ukraynaya səfər etmiş nümayəndə heyəti bildirib ki, buna səbəb Kiyevin Avropa İttifaqının bir sıratələblərini yerinə yetirməməsidir.

Heyətin başçısı Hugues Mingarelli dekabrın 13-də Kiyevdəki Oshchadbank-da keçirilən mətbuat konfransında deyib ki, Kiyev yardımın 600 milyon avroluq üçüncü hissəsini almaq üçün onun qarşısında qoyulmuş 21 ilkin tələbdən yalnız 17-ni icra edib.

Mingarellinin dediyinə görə, Avropa Komissiyası Ukraynanın xarici maliyyə yardımına ehtiyacı olub-olmadığını qarşıdan gələn aylarda qiymətləndirəcək.

2018-ci ilin yanvarında bitməli olan bu proqram çərçivəsində Ukrayna indiyədək 1, 8 milyard avrodan1, 2 milyard avroluq yardımı alıb.

Mingarelli deyib ki, Ukraynanın yerinə yetirmədiyi tələblərin arasında onun dəyirmi meşə materiallarının ixracına qoyulan embarqonu ləğv etməməsi, enerji sahəsindəki şərtləri icra etməməsi, korrupsiya ilə zəif mübarizə, ticarət sahəsindəki islahatların tam yerinə yetirilməməsi, habelə miqrantlara sosial müdafiə verilməməsi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG