Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:47

Deputat qəbiristanlıq qanunundan danışıb


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında» Qanun layihəsi baxılması üçün ayrı-ayrı strukturlara - Nazirlər Kabineti, bələdiyyə və digər səlahiyyətli qurumlara göndərilib.

Bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri modern.az-a bildirib ki, hazırlanan qanun layihəsində bu sahəyə aid bütün məsələlər nəzərə alınıb:

«Layihədə standart qəbir yerləri, qəbirdaşıları və vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydaları öz əksini tapıb. Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, «Bələdiyyələrin statusu haqqında», «Dini etiqad azadlığı haqqında» qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir».

S.Novruzov əlavə edib ki, əlaqəli qurumlar rəy verdikdən sonra məsələ həllini tapacaq.

XS
SM
MD
LG