Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:13

Ting və tütün toxumu gömrük rüsumundan azad edildi


Tütün zəmisi
Tütün zəmisi

Nazirlər Kabineti gömrük idxal rüsumlarının dərəcələrinə yenidən baxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə iki mal qrupu üzrə rüsumlar ləğv edilib.

Bu gün – aprelin 22-də rəsmi mətbuatda açıqlanan qərara (https://goo.gl/bXkmvJ) əsasən, ting və tütün toxumu gömrük rüsumundan azad edilib. Bunadək ölkəyə gətirilən tingə 15 faiz, tütün toxumuna isə 3 faiz dərəcəsi ilə rüsum ödənilirdi. Qərar 30 gün sonra qüvvəyə minəcək.

Hər iki mala görə Əlavə Dəyər Vergisi 18 faizdir.

Foto arxiv
Foto arxiv

Xeyri payızda bilinəcək

Kənd Təsərrüfatı Nazirliyində AzadlıqRadiosu-na qərarı şərh edərək deyiblər ki, onun səmərəsini payızda və növbəti illərdə görmək mümkün olacaq. Rüsumların ləğvi əkinə tələb olunan bir çox ting materialının ucuzlaşmasına gətirəcək.

Ötən il xaricdən daha çox ağac və kol gətirilib

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana 1 milyon 730 min ədəd (2015-ci ildən 13,3 faiz çox) bar gətirən ağac və kol gətilirib. İdxalçılar təxminən 4 milyon dollar – bir il əvvəlkindən 2,5 dəfə çox vəsait xərcləməli olublar. Ödənilən rüsum isə 600 min dollara yaxındır (1 milyon manatdan çox).

Foto arxiv
Foto arxiv

Tütün toxumu da daxil olmaqla, 66 ton – 2015-ci ildəkindən 40 faiz az toxum gətirilib. Əvəzində idxala çəkilən xərc (191,6 min dollar) 18,6 faiz artıb. Bir ildə idxalçıların ödədiyi gömrük rüsumları 5 min 600 dolları keçməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG