Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:27

Tütündən istifadəyə nəzarət xərçəngi azalda bilər


Siqaret

Tütündən istifadənin dəyəri bir trilyon dollardır və bu məhsul bir azdan ildə 8 milyon adamın ölümünə səbəb olacaq.

BMT-nin səhiyyə orqanı – Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Milli Xərçəng İnstitutunun yeni hesabatında belə deyilir. Hesabat müəlliflərinin fikrincə, tütündən istifadəyə nəzarət, tütün məhsullarına verginin və qiymətlərin artırılması sağlamlıq və inkişafa çox böyük töhfə verə bilər. Məqsədli siyasət yeridilsə, tütün istehsalını azaltmaq, dünya əhalisini onun əsas qatillərindən – xərçəng və ürək xəstəliklərindən qorumaq olar. Tibb mütəxəssislərinin dediyinə görə, tütün qarşısı alına biləcək ən böyük ölüm səbəbidir.

İLDƏ 6 MİLYON ADAM ÖLÜR

Amma nəzarət zəifdir və məhsuldarlığın azalmasının vurduğu ziyan, sağalmağa xərclənən pullar da nəzərə alınmaqla, son hesablamalara görə, tütün sənayesi, tütündən istifadə dünya iqtisadiyyatına ildə 1 trilyon ABŞ dollarına başa gəlir.

Mütəxəssislər hazırda ildə 6 milyon adamın, özəlliklə də inkişaf etməkdə olan ölkələrin sakinlərinin tütündən öldüyünü müəyyənləşdiriblər. Bu rəqəmin 2030-cu ilə qədər sürətlə artacağı, 8 milyona çatacağı proqnozlaşdırılır.

İldə tütündən 6 milyon adam ölür.
İldə tütündən 6 milyon adam ölür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indi dünyada yaşı 15-dən yuxarı olan 1.1 milyard adam tütündən yararlanır. Bunların 80%-i yoxsul, ya da azgəlirli ölkələrin sakinləridir. Təxminən 226 milyon tütün istifadəçisi yoxsulluq içində yaşayanlardır.

İLDƏ 140 MİLYON DOLLARLIQ ARTIM

2016-cı ildə apardıqları araşdırmaya əsaslanan hesabat müəlliflərinin fikrincə, dövlətlər, əllərində imkanlar olduğu halda, tütünlə istifadəyə qarşı mübarizə aparmır, halbuki bu işə bütün ölkələr qatılmalıdır. Yoxsa, bu sənayenin vurduğu ziyan ilbəil artır.

Mütəxəssislərin hesablamalarına görə, tütün məhsullarına qoyulan vergi artırılsa, məsələn, hər siqaret qutusuna görə 0.80 dollardan çox vergi tutulsa, bu, tütün sənayesindən gəlirlərin ildə 47%, ya da 140 milyon ABŞ dolları miqdarında artmasına səbəb olar. Eyni zamanda tütündən istifadəni təqribən 9% azaldar. Bu isə 66 milyon adamın tütündən imtinası deməkdir.

«Faktlar dövlətlərin tütün istehsalına nəzarətdən çəkinməsinin, bunun iqtisadiyyata zərbə vuracağı qorxusunun əsassızlığını sübut edir. Elm aydın deyir: hərəkət etmək zamanıdır», - 700-səhifəlik hesabatda belə deyilir.

XS
SM
MD
LG