Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:22

John Lennon Britaniyanı Avropa İttifaqında saxlaya bilərmi?


Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Britaniyanın Avropa İttifaqını tərk etmək barədə qərarını dəyişmək üçün hələ şansları var.

Hazırda Avropa İttifaqı və Britaniya arasında “siyasi boşanma” danışıqları aparılır.

Tusk əfsanəvi Beatles qrupunun solisti John Lennon-un “Təsəvvür elə” (Imagine) mahnısının sözlərini sitat gətirib.

Avropa Şurasının prezidenti Donald Tusk
Avropa Şurasının prezidenti Donald Tusk

Avropa Şurasının prezidenti deyib ki, “mənim bəzi britaniyalı dostlarım Brexit prosesini geri döndərməyin mümkün olub-olmadığını və Britaniyanın Aİ-ni tərk etmədiyini təsəvvür edə biləcəyimi soruşurlar?”

Tusk deyib: “Mən onlara dedim ki, əslində Avropa İttifaqı həyata keçməsi təsəvvür edilməyən xəyalların gerçəkləşməsi ilə qurulub. Kim bilir?"

Siyasətçi britaniyalı dostlarına Lennon-un sözləri ilə müraciət edib:

"Deyə bilərsiniz xəyalpərvərəm. Amma tək deyiləm xəyallarımda...”

Qatı antikommunist olan keçmiş Polşa baş naziri deyib ki, xəyallarsız siyasət müsibət olardı.

Bununla belə Donald Tusk realist olduğunu bildirib.

Bir sıra Avropa İttifaqı ölkələri Britaniyanın “yumşaq Brexit-ə” gedəcəyinə ümid edirlər.

Bu, variant Birləşmiş Krallığın vahid Avropa bazarında və gömrük müqaviləsində qalması demək olardı.

Belə görünür ki, Londonun özü də “yumşaq ayrılmaya” meyllənir.

Britaniyanın Aİ ilə əlaqələri tam kəsməsi ölkədə Avropa ilə bağlı biznes və iş yerlərinin itirilməsi ilə nəticələnə bilər.

Buna görə də Britaniya siyasətçiləri hazırda vahid bazarda qalmaqdan çox danışırlar.

Lakin bu halda Britaniya Aİ daxilində sərbəst miqrasiyanın davam etməsinə razılaşmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG