Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

Neft ölkəsində böhran, maaşlar verilmir


Foto arxiv
Foto arxiv

Türkmənistanda əməkhaqlarının verilməməsi və ərzaq qıtlığı artıq normaya çevirilir.

Ambisiyalı dövlət layihələrinə çatışmayan vəsait indi də büdcə təşkilatlarında çalışanların maaşları hesabına doldurulur, yəni könüllü ianə şəklində.

İlk baxışdan elə görsənir ki, bir çox regionlarda əməkhaqlarının verilməsi sahəsində vəziyyət xeyli yaxşılaşıb.

Ölkənin şimalındakı Daşaoquz vilayətində axır ki, yığışıb qalan əməkhaqlarının verilməsinə başlanıb.

Amma bu pullar birbaşa onların hesablarına köçürülür ki, onu yalnız plastik kartlarla götürmək mümkündür.

Vilayətdə isə kartla alış-veriş edən çox az mağaza taparsan.

1 milyon 200 min nəfərlik adamınsa cəmi bir neçə bankomatı var ki, orda da pul tezliklə qurtarır, gerisi isə müntəzəm gəlmir.

Hələ bu azmış kimi, dövlət müəssisələrində çalışanlarəməkhaqlarını alanda problemlərlə üzləşirlər, onlar maaşlarının təxminən yarısını könüllü şəkildə dövlət layihələrinin gerçəkləşməsinə verməli olurlar.

Asiya oyunları üçün tikilən olimpiya kəndi hökumətə 5 milyard dollara başa gələcək.

Bir sıra dövlət qulluqçularının AzadlıqRadiosununun türkmən xidmətinə dediklərinə görə, maaşlarının təxminən yarısını könüllü şəkildə Olimpiya kəndinin tikintisinə verirlər.

Müəllimlərin sözlərinə görə, onlardan bu pulların könüllü verilməsi ilə bağlı yazılı iltizam da alınır.

Qeyd edək ki, 2017-ci ildə Türkmənistanda “Asiya oyunları” keçirilməlidir və bu hakimiyyətin ən böyük layihələrindən biridir.

Bundan başqa Xəzərin sahilində yerləşən və demək olar ki, boş olan Avaza kurort şəhərinə milyardlarla dollar xərclənib.

İnsanların geniş prospektlərində gəzə bilmədiyi, maşınların faktiki gözə dəymədiyi ağ mərmərli paytaxt Aşqabada isə bundan da çox vəsait sərf olunub.

2,3 milyarda başa gələn yeni beynəlxalq hava limanı da demək olar ki, bom-boşdur.

Bü layihələrin hamısı dünya bazarında neftin qiyməti rekord həddə olanda başlanıb.

Türkmənistan hakimiyyəti qaz ehtiyatına görə ölkənin dünyada 4-cü olduğunu deyir, amma qonşularının da kifayət qədər qaz ehtiyatı olduğunu nəzərə alanda bu regionda mənasız görünür.

Buna görə də Aşqabad ümidini uzun qaz kəmərlərinə dikib.

Hazırda Türkmənistanla Çini birləşdirən 3 belə kəmər var və Pekin Türkmənistana ən çox sərmayyə qoya nölkədir.

Gurbanguly Berdymukhamedov
Gurbanguly Berdymukhamedov

İrana ixrac olunan qaz isə barter yolu ilə ödənilir və Tehran oktyabrın 3-də artıq Türkmənistan qazına ehtiyac olmadığını bəyan edib.

Başqa bir tərəfdənsə Tükmənistanla iri dünya bazarlarını birləşdirəcək hansısa transmilli kəmərin yaxın vaxtlarda gercəkləşməsi ağılabatan deyil.

Buna görə də Türkmənistanda tezliklə iqtisadi artıma bel bağlamağa dəyməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG