Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:24

Kondisionerlərin kütləvi söküntüsü başlanıb


Türkmənistanda kommunal xidmətlərə cavabdeh qurumlar yaşayış evlərindən kondisionerləri sökür.

Aşqabad şəhərinin idarəçiləri yenə çoxmərtəbəli yaşayış evlərində sakinlərin quraşdırdığı split kondisionerləri sökməyə başlayıblar.

Türkmənistan paytaxtının sakinləri deyirlər ki, indi hər gün şəhərin bir neçə hissəsində qaldırıcı kranlı xüsusi maşınlar diqqət çəkir. Kommunal xidmət işçiləri bu maşınlarla çoxmərtəbəli yaşayış binalarına yaxınlaşır və kondisionerləri sökürlər. Və bu olay çox vaxt sakinlər evdə olmayanda baş verir.

«Hər gün Andalıp və A.Niyazov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binalardan, eləcə də «Mir-3» və «Mir-4» mikrorayonlarındakı evlərdən kondisionerləri necə sökdüklərini görmək olar», - adının çəkilməsini istəməyən Aşqabad sakini belə deyir.

May ayında şəhərin «Mir-2» və «Mir-4» mikrorayonlarında birdən-birə 10 yaşayış binasından kondisionerlərin kütləvi şəkildə söküləcəyi bildirilmişdi.

***Buna da bax-Prezident atasından daha bir kitab yazdı

Yerli sakinlərin sözlərinə görə, Aşqabad şəhərinin idarəçiləri yaşayış binalarından soyuducu cihazların sökülməsi yönündə tədbirlər görsələr də, sakinlər onları yenidən quraşdırırlar.

«HƏR DƏFƏ 200-300 MANAT PUL ÖDƏNİLİR»

«Hətta hakimliyin (icra hakimiyyəti nəzərdə tutulur) əməkdaşları kondisionerləri söksələr də, sakinlər bürküyə, tər qoxusuna və balaca uşaqların ağlamasına dözə bilmirlər. Buna görə kondisionerləri yenidən quraşdırmaq lazım gəlir. Quraşdırmaya görə sakinlər hər dəfə 200 - 300 manata (57 - 86 dollar) qədər pul ödəyirlər», - deyə «Mir-4» mikrorayonunun «Rifahın 10 illiyi» küçəsindəki binada yaşayan Durdymyrat adlı sakin gileylənir.

Onun sözlərinə görə, hökumət idarələrinin sökdüyü kondisionerlər daha sonra əvvəlki kimi işləmir.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

«Kondisionerləri zədələyir, ya da onlardan frion qazını boşaldırlar. Söküntü gedərkən evdəsənsə, kondisioneri özün sökməli olursan. Çox zaman onu sökməyə usta çağırmalı və bu xidmətə görə ona pul ödəməlisən», - Durdymyrat-ın sözləridir.

Son iki ildə təkcə «Mir-4» mikrorayonunda yaşayış binalarından kondisionerləri azı üç dəfə söküblər.

***Buna da bax-Türkmənistanın da öz 'ağ fillər'i var

Yeri gəlmişkən, üç il öncə yaşayış binalarının küçəyə baxan hissəsindən kondisionerləri hökumətin sökməsi yerli sakinlərin etirazını doğurmuşdu. Özəlliklə «Mir-7» mikrorayonunda onlarla sakin etiraz aksiyasına qatılmışdı.

RƏSMİ SƏBƏB AÇIQLANMIR

O vaxt icra hakimiyyəti yerli sakinlərlə danışığa girərək, vahid quruluşa malik split sistemlərin quraşdırılacağını vəd edib. Bundan sonra yaşayış binalarından kondisionerlər sökülüb. Ancaq mikrorayon sakinlərinin sözlərinə görə, üstündən üç il keçsə də, vəd edilən kondisionerlər hələ də quraşdırılmayıb.

Aşqabad şəhərinin rəhbərliyi kondisionerlərlə yanaşı, sakinlərin quraşdırdıqları peyk antenalarını da sökür. Ancaq paytaxt sakinlərinin sözlərinə görə, bəzi hallarda hökumətin sökülən peyk antenaları müqabilində şəhər sakinlərinə söz verdikləri kabel televiziyası quraşdırılmır.

Sakinlərinin öz vəsaiti hesabına quraşdırdığı avadanlığı sökməklə məşğul olan dövlət idarələri əməkdaşlarının sözlərinə görə, peyk antenaları «paytaxtın zahiri görkəmini korlayır».

Türkmənistan hökuməti isə Aşqabad sakinlərinin öz vəsaitləri hesabına quraşdırdığı kondisioner və peyk antenalarının sökülməsinin rəsmi səbəbini açıqlamır. Türkmənistanın dövlət KİV-ləri də bu məsələyə toxunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG