Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:33

Aşqabadda Asiya oyunlarının tamaşaçılarını 'seçirlər'


Aşqabad stadionunda tələbə-tamaşaçılar
Aşqabad stadionunda tələbə-tamaşaçılar

Türkmənistanın dövlət qurumlarında Asiya idman oyunlarında daimi tamaşaçı kimi iştirak edəcək adamların seçimi aparılır. Xəbəri «Türkmənistanın Xronikası» müstəqil informasiya saytı yayıb.

Məlumata görə, seçilən «tamaşaçılar» buraxılışların hazırlanması üçün pasportlarını təqdim etməlidirlər. Bundan başqa, onlar «etibarlılıq» yoxlamasından keçməlidirlər. Bundan ötrü qohum-əqrəbalarının üç nəsli barədə məlumat təqdim etməlidirlər.

Saytın yazdığına görə, nəslində «etibarsız» adamlar olan vətəndaşlar dərhal ələnir.

AzadlıqRadiosunun türkmən xidmətinin ölkədə yaşayan mənbələri hər iki məlumatı təsdiqləyiblər.

ÜÇ NƏSLİ YOXLAYIB KART VERİRLƏR

Adının çəkilməməsi şərtilə radionun türkmən xidmətinə danışan mənbə qeyd edib ki, əvvəlcə üç nəsli yoxlayıb, sonra plastik giriş kartı verirlər.

***Buna da bax-Türkmənistaqnda Asiya oyunlarına görə tələbələri də tətilə buraxmırlar

Türkmənistan vətəndaşlarının bir neçə nəslinin «etibarlılıq» yoxlamasından keçirilməsi praktikasının tətbiqinə əvvəlki prezident Saparmurat Niyazov-un vaxtında başlanıb. Göründüyünə görə, hazırda da bu üsuldan istifadə olunur.

Daha öncə yayılan xəbərə görə, Türkmənistanda uşaq məktəbə getməyə başlayan zaman valideynlər xüsusi anket dolduraraq uşağın valideynləri, nənələri və babaları, habelə onların valideynləri haqda məlumat verməlidirlər. Bu zaman onlar mütləq qaydada həmin adamların məhkum olunub-olunmadıqları haqda qrafanı doldurmalıdırlar.

AzadlıqRadiosunun türkmən xidmətinin müsahiblərinin sözlərinə görə, sadalanan prosedurlarla iş bitmir. Bundan sonra potensial «tamaşaçı»lara zahiri görkəmlə bağlı müəyyən tələblər irəli sürülür: hər bir idarənin əməkdaşlarının uyğun rəngdə paltar geyinməsi tələb olunur. Rəng bölgüsü müəssisənin yerləşdiyi məkana görə gerçəkləşdirilir.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

EHTİYAT PALTARLAR SAXLANIR

«Şəhəri rayonlara bölüblər. İdarənin hansı rayonda yerləşməsindən asılı olaraq, müvafiq rəngdə paltar geyinmək tələb olunur. Hər etrapın (rayonun) öz rəngi var. Bütün qadınlara və qızlara hər ehtimala qarşı müəyyən rəngdə ehtiyat paltar saxlamağı tapşırıblar. Birdən yetərincə yoxlanılmış azarkeş tapılmaz», - Azadlıq Radiosunun müsahibi deyir.

Aşqabadda yaşayan başqa bir müsahib dövlət qurumlarının əməkdaşlarına və ali məktəb tələbələrinə istinadən bildirib ki, Asiya oyunları çərçivəsində keçiriləcək idman yarışlarının tamaşaçıları üçün nəzərdə tutulmuş geyimlər tamaşaçıların öz vəsaiti hesabına alınır. Bir dəst xüsusi geyimin qiyməti 500 - 800 manatdır (Türkmənistan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 142 - 228 dollar).

***Buna da bax-'Dedilər ki, Oyunların keçirildiyi yerlərdə gözə görünməyim'

Müsahiblərin sözlərinə görə, tamaşaçıların dövlət qurumlarının əməkdaşları arasından seçilməsi əhalinin Asiya oyunlarına bilet almağa yetərincə maraq göstərməməsi ilə bağlıdır. Xatırladaq ki, Asiya oyunları sentyabrın 17-dən 27-dək Aşqabadda keçiriləcək.

«AÇILIŞ MƏRASİMİNƏ ADAM YIĞIRLAR»

«Oyunların açılış mərasiminə adam yığırlar. Çünki adi adamlar açılışa bilet almırlar. Bir çoxları nəqliyyat çətinliklərinə görə idman yarışlarına bilet almaq istəmirlər. Çünki piyada xeyli yol getmək lazımdır», – deyə bir müsahib bildirib.

Qeyd edək ki, Aşqabad şəhər rəhbərliyi sentyabrın 1-dən nəqliyyatın hərəkətini kəskin məhdudlaşdırmağı planlaşdırır. Bu məhdudiyyət həm vilayət nömrələri, həm də paytaxt nömrələri ilə hərəkət edən avtomobillərə şamil ediləcək. Bildirilir ki, hətta paytaxtın əksər hissələrində sakinlərin, ümumiyyətlə, avtomobillə küçəyə çıxması qadağan ediləcək.

Artıq bir neçə aydır ki, əyalət nömrəsi ilə hərəkət edən maşınların Aşqabada girişi yasaqdır. Bu qadağa şəhər sakinlərinin avtomobillərini də əhatələyəndən sonra yalnız şəhər kənarında maşın sürmək mümkün olacaq.

Bu səbəbdən şəhər sakinləri bir yerdən başqa yerə getmək üçün taksilərin xidmətindən yararlanırlar. Sakinlər dövlət taksisi sayılan taksilərin qiymətləri dörd-beş dəfə qaldırdığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG