Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Türkmənistanda ağsaqqallar parlamentdən ali ola bilər


Türkmənistan"Ağsaqqallar şurası"nın üzvləri
Türkmənistan"Ağsaqqallar şurası"nın üzvləri

Türkmənistandakı “Ağsaqqallar şurası” parlamentdən ali ola bilər.

Bunu hələ fevralın 17-də keçirilən andiçmə mərasimində prezident Gurbangulu Berdımukhamedov bəyan edib.

AzadlıqRadiosu-nun Türkmənistan xidməyi yazır ki, bu o deməkdir ki, 70-yaşdan yuxarı olan ağsaqqalların birləşdiyi şura hakimiyyətin rəsmi qanunverici qanadı olacaq.

Türkmənistan "Ağsaqqallar şurası"nın üzvləri
Türkmənistan "Ağsaqqallar şurası"nın üzvləri

Türkmənistan 1991-ci ildə müstəqillik qazandıqdan sonra parlamentin səlahiyyətləri artıq ikinci dəfədir ki, azaldılır.

Bundan əvvəl, birinci prezident Saparmurad Niyazovun dövründə yaradılan Xalq şurasına (“Xalq məsləhəti) dövlət məmurları, dövlət qulluqçuları, biznesmenlər, hətta ictimai və digərtəşkilatların nümayəndələri daxil idi.

Bu qurum vaxtilə məsələn, Niyazova ömürlük prezidentlik statusu verilməsini təklif etmişdi və 1999-cu il dekabrın 28-də guya xalqın təkidi ilə Niyazov bununla nəhayət ki, razılaşmışdı.

2002-ci ilin noyabrında Niyazova sui-qəsd cəhdi xəbərindən sonra prezident parlamentə yox, məhz“Xalq şurası”na lazımi tədbirlər görülməsini tapşırdı və bundan sonra keçmiş xarici işlər naziri Boris Shixmuradov bunun əsas təşkilatçısı kimi həbs edildi.

Amma indiki prezident Berdımukhamedov 2008-ci ilin sentyabrında ölkə konstitusiyasını dəyişdikdən sonra “Xalq şurası” ləğv edildi və onun səlahiyyətləri parlament və icra hakimiyyəti arasında bölüşdürüldü.

Prezident Gurbanguly Berdymukhamedov
Prezident Gurbanguly Berdymukhamedov

Bundan sonra peyda olan “Ağsaqqallar şurası” da indi eyni yolla gedir.

Şura ötən ilin sentyabrında yeni konstitusiya düzəlişləri təklif elədi.

Söhbət prezidentlik yaşının 70-ə, prezidentlik müddətininsə 5 ildən 7 ilə qaldırılmasından gedir.

Şura həmçinin ölkə vətəndaşlarına pulsuz elektrik enerjisi, qaz və su verilməsi ilə bağlı dövlət subsudiyalarının ləğvini təklif elədi.

Şura həmçinin 2011-ci ildə prezident Berdımukhamedova xalq qəhrəmanı adı verilməsinə səs verdi və onun idarəçiliyini “yerdə cənnət” adlandırdı.

Türkmənistandakı “Ağsaqqallar şurası”nın üzvlərini yerli hakimiyyətlər seçir.

Şuranın iclasında 600 ağsaqqal iştirak edir- ölkədəki 5 vilayətin hər biri və paytaxt Aşqabaddan 100 nəfər.

Hələlik “Ağsaqqallar şurası”na ali qanunvericilik orqanı statusu verilməsi yalnız təklifdir.

Amma AzadlıqRadiosunun Türkmənistan xidməti yazır ki, bunu prezident Gurbangulu Berdımukhamedov təklif etdiyindən indiki parlament demək olar ki, günlərini sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG