Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Ekspert: “Rusiya Ermənistana İskander verməklə münaqişənin hərbi yoluna son qoyub”


21 sentyabr 2016. Ermənistan Rusiyadan təzəcə aldığı İskander raketlərini paraddan keçirir
21 sentyabr 2016. Ermənistan Rusiyadan təzəcə aldığı İskander raketlərini paraddan keçirir

Rusiya ilə Ermənistan birgə qoşun qruplaşması yaradırlar.

Rusiya prezidenti Vladimir Putin tərəflər arasındakı müvafiq sazişi təsdiqləyən sərəncam imzalayıb.

Bu barədə noyabrın 14-də prezidentin rəsmi saytı məlumat yayıb.

Rusiyanın müdafiə nazirliyinə, xarici işlər nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparılması və sazişin Rusiyanın adından imzalanması tapşırılıb.

Müqavilə uzadılmaq şərti ilə 5 illik imzalanacaq.

Yəni tərəflərdən heç biri etiraz etməsə, müqavilə avtomatik daha 5 il uzanacaq.

Politoloq Elxan Şahinoğlu düşünür ki, Rusiyanın bu addımı Azərbaycan prezidentinin son günlər cəbhə xəttində səsləndirdiyi bəyanatlara cavabdır.

Politoloq onu da deyir ki, son aprel döyüşlərindən sonra hərbi üstünlüyün Azərbaycan tərəfində olması Rusiyanı qıcıqlandırıb. Çünki Rusiya istəmir ki, hərbi balans Azərbaycanın xeyrinə pozulsun.

Elxan Şahinoğlunun fikrincə indiki vaxtda regionda hərbi münaqişə yaratmaq məqsədi ilə bu cür addımların atılması Rusiya üçün də təhlükəli ola bilər.

Hərbi ekspert Telman Əbilovun fikrincə, heç kimə sirr deyil ki, Rusiya həmişə Ermənistanı dəstəkləyib. Onun sözlərinə görə Rusiya heç vaxt Azərbaycana və Ermənistana müstəqil dövlət kimi baxmayıb.

Ekspert deyir ki, Azərbaycan da Ermənistan kimi Rusiyanın nəzarəti altındadır. Hərbi ekspertin fikrincə, Rusiya Ermənistana hərbi dəstək verməklə münaqişənin hərb yolu ilə həllini əngəlləyir.

Ekspertin fikrincə, Azərbaycan fiziki cəhətdən Rusiya ilə müharibəyə hazır olandan sonra Qarabağ münaqişəsini hərb yolu ilə həll edə bilər.

Telman Əbilov deyir ki, Rusiya Ermənistana İskander raketlərini verməklə Qarabağ münaqişəsinin hərb yolu ilə həllini mümkünsüz edib.

Daha bir hərbi ekspert Emin Həsənli bildirir ki, Rusiya əvvəllər də Ermənistanla hərbi əməkdaşlıq edib. Ekspert deyir ki, o, Rusiyanın Ermənistanla birgə yaratmaq istədiyi hərbi qruplaşmadan Azərbaycana qarşı istifadə edəcəyini hesab etmir. “Çünki Azərbaycan güclü dövlətdir və bir çox ölkələrlə o cümlədən Rusiya ilə strateji əməkdaşlıq edir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG