Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Putin indi də finlərə “hərbə-zorba” gəlir


Finlandiya prezidenti Sauli Niinisto və Vladimir Putin
Finlandiya prezidenti Sauli Niinisto və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Finlandiya NATO-ya qoşularsa, Moskva öz silahlı qüvvələrini bu ölkənin sərhədlərində cəmləşdirəcək.

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Finlandiya NATO-ya qoşularsa, Moskva öz silahlı qüvvələrini bu ölkənin sərhədlərində cəmləşdirəcək.

Putin Finlandiya prezidenti Sauli Niinisto ilə Naantali kurort şəhərindəki görüşündən sonra deyib ki, Finlandiya silahlı qüvvələri NATO-nun hərbi infrastrukturunun bir hissəsinə çevrilən kimi Rusiya qoşunları bircə gecədə Finlandiya sərhədində olacaq.

"Siz elə bilirsiniz hər şey əvvəlki kimi qalacaq? Biz qoşunlarımızı 1500 kilometr aralıda saxlayacağıq?” – deyib Putin.

Siz elə bilirsiniz hər şey əvvəlki kimi qalacaq? Biz qoşunlarımızı 1500 kilometr aralıda saxlayacağıq?

Təhlilçilər deyirlər ki, Putinin Krımın ilhaqından bəri Finlandiyaya ilk səfəri Moskvanın Baltik regionunda getdikcə artan qüvvə nümayişinə görə hərbi baxımdan neytral olan Finlandiya və İsveçin NATO ilə yaxınlaşdığı dövrə təsadüf edir.

Bu da vurğulanır ki, Putin sərt xəbərdarlıqlarını səsləndirmək üçün NATO-nun Varşava sammitindən bir həftə əvvəl regiona səfər edib.

Uşaqlar, bu sizə lazımdır?

“NATO yəqin ki, məmnuniyyətlə son fin əsgərinə qədər Rusiya ilə vuruşmaqdan məmnun olardı, - deyə istehza edib Putin, - Uşaqlar, bu sizə lazımdır? Bizə lazım deyil, amma bu sizin mövqeyinizdir”.

NATO yəqin ki, məmnuniyyətlə son fin əsgərinə qədər Rusiya ilə vuruşmaqdan məmnun olardı. Uşaqlar, bu sizə lazımdır?

Reuters agentliyi bildiri ki, son aylarda Baltik regionunda NATO və Rusiya hərbi təyyarə və gəmiləri arasında çox sayda təhlükəli insidentlər yaşanıb.

Bununla əlaqədar, Baltik dövlərləri NATO-dan regionun müdafiəsini gücləndirməyi xahiş ediblər.

Finlandiyada keçirilən görüşdə Putin və Niinisto regionda qarşılıqlı təhlükəsizliyin yaxşılaşdırılmasına çağırıblar.

Niinisto təklif edib ki, Baltika regionu üzərində uçan heç bir hərbi təyyarə siqnal transponderini söndürməməlidir.

Putin bu təklifə razılıq verib, lakin əlavə edib ki, Rusiya təyyarələri bir vaxtlar transponderlərini söndürərdilər, lakin NATO təyyarələri bunu daha tez-tez edirlər.

Vladimir Putin deyib ki, regionda münaqişələrin önlənməsi məsələləri NATO-nun sammitindən sonra Rusiya-NATO şurasının iclasında müzakirə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG