Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

Kinoda xüsusi effektlərin “babası” – (Video, 1902)


Georges Méliès
Georges Méliès

-

Aya enən raket, partlayıb qeyb olan əcaib məxluqlar, sürətlə böyüyən nəhəng göbələklər…

İndi bunları çəkmək su içmək kimi bir şeydir, bəs 1902-ci ildə?

Fransız illüzionisti və rejissoru Georges Méliès kino tarixində xüsusi effektlərin “babası” sayılır. Onun 1902-ci ildə çəkdiyi 14 dəqiqəlik “Aya səyahət” adlı fantastik filmdəki “fokuslar” sonradan bütün dünyada istifadə edilərək adiləşdi.

Onun çəkdiyi 500-cən filmdən təxminən 200-ü dövrümüzə çatıb.

Stop-trick - film personajının qəfildən kadrdan “yox olması”, dissolve - bir təsvirdən başqasına tədrici keçid (birinin yox olub o birisi ilə əvəzlənməsi), time-lapse – hərəkətdə olan əşyanın ardıcıl olaraq fotolarının çəkilib sonradan bir-birinə calanaraq sürətlə göstərilməsi və s. Bütün bunları kinoda ilk dəfə Georges Méliès istifadə edib. (Ardı aşağıda)

“Aya səyahət” filminə tam şəkildə bax.

Méliès öz filmlərinin puluyla dolanmağa çalışır, filmlərinin sürətini kinoteatrlara satır, amma ən böyük bazarın - ABŞ bazarının qapıları onun üzünə axıracan bağlı qalır.

Tomas Edison özünü Amerikada kino texnologiyalarıyla bağlı bütün yeniliklərin patent haqlarının sahibi sayırdı. Və hesab edirdi ki, onun icazəsi olmadan çəkilən istənilən filmin surətini çıxarıb müəllifinə haqq ödəmədən yayınlaya bilər. O cümlədən Méliès-in filmlərini. Buna görə də fransız rejissor filmlərinin ABŞ-da nümayişindən heç nə qazana bilmir. Elə qəzəblənir ki, hətta bəzi filmlərinin orijinalını yandırır.

1909-cu ildə o, müstəqil rejissor karyerasından imtina edib "Pate" firmasında çalışmağa başlayır.

Bir müddət sonra isə dükanda oyuncaq satmağa başlayır, onun kino tarixindəki xidmətləri unudulur.

1932-ci ildə fransız kino xadimləri onu axtarıb tamam müflis vəziyyətdə tapırlar. Öz himayələrinə alırlar.

Ona "Fəxri legion" ordeni də verilir.

Méliès qocalar evində vəfat edib.

Georges Méliès-in studiyası
Georges Méliès-in studiyası

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG