Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

'Səfir o zaman öldürülsəydi...'


Rusiyanın Türkiyədəki səfiri belə öldürüldü
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Rusiyanın Türkiyədəki səfiri belə öldürüldü

Sosial media Türkiyədə Rusiya səfirinin qətlini I Dünya Müharibəsinin başlamasıyla sonuclanan hadisəyə – Avstriya hersoqu Franz Ferdinand-ın öldürülməsinə bənzədir.

«Səfirin ölümü bütün dünyaya həyəcan təbili çaldı, nəticələrin necə olacağı barədə suallar yaratdı». «The New York Times»ın Ankaradakı qətl haqda məqaləsi bu sözlərlə başlayır.

Qəzet yazır ki, səfiri güllələyən oğlanın «Hələbi unutmayın. Suriyanı unutmayın», - deyə qışqırması onun qiyamçıları bombalamaqda hökumətə yardımçı olan Rusiyadan heyf çıxdığına işarə edə bilər. Amma ortaya başqa suallar çıxır: Bu qətl Türkiyə, Rusiya və ABŞ üçün nə deməkdir? Bu hadisə Rusiyayla Türkiyə arasında münaqişəyə səbəb ola bilərmi?

ÜMUMİ DÜŞMƏN

Müəllif sonuncu sualının cavabını rəsmilərin verdiyini qeyd edir. Qətldən sonra danışanların hamısı – türklər də, ruslar da barmaqlarını bir-birinə deyil, ümumi düşmənə tərəf uzadır, eyni sözləri – münasibətlərə xələl gətirmək istəyən düşməni birgə axtarıb tapacaqlarını söyləyirlər.

Səbəb bütün hallarda Suriyadır. Rusiyayla Türkiyə son vaxtlar Suriya məsələsində bir araya gəlib strategiyalarını birləşdiriblər, çünki bu, onların ikisinə də sərf edir. «Hərbi maraqlarını təmin etməkdən ötrü Türkiyənin Rusiyaya ehtiyacı var. Rusiyaya isə Türkiyə Suriyada qələbə qazanmağa lazımdır. Yəni hərənin öz səbəbi var». Bunu Atlantik Şurada Türkiyə üzrə ekspert Aaron Stein deyir.

Türkiyə-Suriya sərhədində Rusiya bombardmançısının vurulması anı.
Türkiyə-Suriya sərhədində Rusiya bombardmançısının vurulması anı.

«The New York Times» yazır ki, səfirin qətli hər iki ölkənin Suriyadakı dayaqlarına zərbə vura, aradakı gərginliyi qaytara bilər, tərəflər də elə bunun qarşısını almaqdan ötrü birgə fəaliyyət göstərirlər.

TÜRKİYƏYLƏ RUSİYA ARASINDA GƏRGİNLİYİN SƏBƏBİ NƏ İDİ?

Yenə də Suriya. Müəllif Rusiyayla Türkiyənin Suriyada əvvəllər, elə indi də fərqli mövqeləri müdafiə etdiklərini qeyd edir: Rusiya prezident Bashar al-Assad-ın müttəfiqidir, Türkiyə isə ona qarşıdır.

Ötən il Suriyanı bombalayan rus təyyarələrindən birini türklərin vurması iki ölkə arasında dərin böhran yaratdı. Müəllif yazır ki, səfir o zaman qətlə yetirilsəydi, münaqişə bir az da genişlənər, müharibə təhlükəsi real olardı.

BƏS NECƏ OLDU Kİ, TÜRKİYƏYLƏ RUSİYA DÜŞMƏNDƏN DOSTA ÇEVRİLDİ?

«The New York Times» yazır ki, Türkiyənin Suriya strategiyasını dəyişən kürd separatçıları oldu. Suriya kürdlərinin Türkiyə sərhədləri yaxınlığında böyük ərazilərə yiyələnməsini önləməyə çalışan Türkiyə sükanı Rusiyaya tərəf çevirməli oldu. Çünki Rusiyanın müharibəyə qoşulması Türkiyənin strategiyasının uğurlu olmayacağından xəbər verirdi. Rusiya da qiyamçılara üstün gəlməkdən ötrü onlara yardım edən Türkiyəylə düşmənçilikdənsə, dostluğun daha sərfəli olduğunu anladı.

V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

Beləliklə, Rusiyayla Türkiyənin qeyri-rəsmi anlaşma əldə etdiyini güman etmək olar: Türkiyə qiyamçılara yardımını dayandırır, Rusiya isə kürd separatçılarına. Üstəlik, Rusiya Türkiyənin sərhədləri yaxınlığındakı Suriya torpaqlarına müdaxiləsinə, kürdlərin, «İslam Dövləti» yaraqlılarının əlindəki əraziləri tutmasına imkan verir.

Ekspert A.Stein bunu «əl-Bab əvəzinə Hələb» sövdələşməsi adlandırır.

QƏTL NƏYİSƏ DƏYİŞƏ BİLƏRMİ?

«The New York Times» yazır ki, siyasətin dəyişəcəyi barədə nə isə deməyə, hələlik, əsas yoxdur. Əksinə, səfirin öldürülməsinin Rusiya-Türkiyə müttəfiqliyini bərkidəcəyini söyləmək olar.

«Bu hadisədə ən çox itirən Vaşinqton olacaq, məntiqsizdir, amma belədir», - Türkiyə üzrə ekspert A.Stein belə deyir. Onun fikrincə, R.T.Erdoğan hökuməti bu qətldə də ABŞ-a sığınmış dini lider Fethullah Gülen-i günahlandıraraq, yenə də onun ekstradisiyasını tələb edəcək. Hökumət yaydakı çevriliş cəhdinin də arxasında F.Gülen-in durduğunu deyir. Türkiyədə populyar olmayan Birləşmiş Ştatların ekstradisiyadan imtinası isə yenə də R.T.Erdoğan tərəfdarlarının artmasına səbəb olacaq.

XS
SM
MD
LG