Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Türkiyənin orta məktəblərində Darvinizm dərsləri olmayacaq


Türkiyənin orta məktəblərində təkamül nəzəriyyəsi dərsləri keçilməyəcək.

Ankara əsası Charles Darwin tərəfindən qoyulmuş bu nəzərəyyənin “mubahisəli fənn” olduğunu bildirir.

Türkiyənin Təhsil Nazirliyi bildirib ki, biologiya fənnindən Darvinizmə aid olan hissə 2019-cu ildən tədris planından çıxarılacaq.

Nazirlik bunu da əlavə edib ki, “Həyatın mənşəyi və təkamül” dərslərinin yuxarı siniflərdə tədrisi davam etdiriləcək.

Təhsil rəsmilərinin qənaətinə görə, mübahisəli mövzular məktəblilərin hələ müstəqil fikir yürütmək qabiliyyətinə malik olmadıqları yaşda keçilə bilməz.

Buna baxmayaraq orta məktəblərdə təkamül nəzəriyyəsi barədə təməl məlumat veriləcək.

Hökumətin bu qərarı ölkənin bir sıra alimləri tərəfindən kəskin tənqid olunur.

Onlar deyirlər ki, beləliklə Türkiyə təkamül dərslərini qadağan edən iki ölkədən biri olacaq. Bu dərslər Səudiyyə Ərəbistanında keçilmir.

Qərbdə fəaliyyət göstərən türk alimlərdən Mustafa Akyol deyib ki, təkamül nəzəriyyəsinin tədrisi məsələsi Osmanlı imperiyasının vaxtından indiyədək bir neçə dəfə gündəmə gəlib, lakin indi bu dəyişikliyin əsas dəstəkçisi Erdoğanın özüdür.

Akyol bildirir ki, bu dəyişiklik ölkədəki mühafizəkar dindar kəsimin təzyiqləri ilə edilir.

Qərb mediası təkamül nəzəriyyəsinin tədrisi ilə bağlı ziddiyyəti Türkiyədə dünyəviçilərlə dinçilər arasında gedən çarpışmanın təzahürlərindən biri kimi qiymətləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG