Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Türkiyə Suriya ilə sərhədinin 290 kilometrini hasarladı


Türkiyənin Hatay vilayəti
Türkiyənin Hatay vilayəti

Türkiyə Suriya ilə sərhədinin 290 kilometrinə hasar çəkilişini başa çatdırıb.

Ankara bu sərhədin ümumilikdə 511 kilometrində divar qaldırmağı planlaşdırır.

Divarın qalınlığı bünövrədə 2, hündürlüyü 3 metr olan beton bloklardan ucaldılır. Bütün hasar boyunca yol da çəkilir, gözətçi qüllələri qoyulur.

Hasarın tikintisini həyata keçiriən TOKİ dövlət inşaat şirkətinin başçısı Ergün Turan deyib ki, işlər müdafiə və maliyyə nazirlikləri ilə koordinasiyada aparılır.

Onun sözlərinə görə tikintisi baş çatmış sektor Hatay, Kilis, Şanlıurfa, Mardin, Sirnak və Qaziantep vilayətlərindən keçir.

Turan bunu da əlavə edib ki, beton blokların səyyarlığı gələcəkdə, təhlükəsizlik vəziyyəti normallaşanda hasarın ləğv olunmasına imkan verəcək.

Türkiyənin Suriya ilə sərhədinin ümumi uzunluğu 911 kilometrdir. Qərb mediası xəbər verir ki, Türkiyənin bu hasarı qaldırmasına səbəb onun Suriya kürdlərinin YPG qruplaşmasından narahatlığıdır.

Digər tərəfdən Suriya sərhədin bağlanması üçün Birləşmiş Ştatlar təzyiq göstərirdi. Vaşinqton və Avropa ölkələri Türkiyə-Suriya sərhədindən İslam Dövləti adlanan təşkilatın döyüşçülərinin, habelə onlar üçün silah-sursatın sərbəst olaraq keçməsindən narahat idilər.

Türkiyə Suriyanın şimalına müdaxilə etdikdən sonra sərhədboyu zolağı İŞİD döyüşçülərindən təmizləyib.

Lakin insan haqları qrupları narahatdırlar ki, sərhəd divarı münaqişədən qaçan didərginlərin yolunu kəsəcək.

Bununla belə, miqrant axınından narahat Avropa Türkiyənin hasar tikintisinə heç bir reaksiya verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG