Türkiyə ilə Birləşmiş Ştatların birgə işçi qrupu Ankara görüşündə Suriyanın Münbic əyalətində təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı “yol xəritəsi” nin əsasını hazırlayıblar.
Bu barədə mayın 25-də Türkiyə xarici işlər nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə,Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu ilə ABŞ Dövlət katibi Mike Pompeo iyunun 4-də bu məsələni müzakirə etməlidirlər.
Türkiyə yanvarın sonlarından Suriyanın şimalında hərbi əməliyyatlar keçirir.
Əməliyyat zamanı bu bölgədə yerləşən Münbic şəhəri də nəzarətə götürülməli idi.
Amma həmin ərazidə ABŞ-ın hərbi bazası var.
Məlumata görə, ABŞ-ın həmin bölgədə 2 minədək hərbi qüvvəsi var.
Ankara bundan əvvəl Vaşinqtonu, öz qüvvələrini Münbicdən çıxarmağa çağırsa da ABŞ bundan imtina etdi.
Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, əməliyyatda məqsəd, sərhəd bölgəsini İslam Dövləti qrupu bə kürd yaraqlılarından təmizləməkdir.
Ankara ordakı yerli kürd qruplaşmasının terrorçu PKK təşkilatı ilə əlbir olduğunu iddia edir.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya da 2014-cü ildən bölgədə “İslam dövləti qrupu” yaraqlılarına qarşı mübarizə aparır.
Bu koalisiya eyni zamanda Suriya prezidenti Bashar Assad rejiminə qarşıdır.
Həmçinin Rusiya 1015-ci il sentyabrın 30-dan Suriyada hərbi kampaniya aparır.
Moskva Suriya münaqişəsində Bashar Assad rejiminin tərəfini saxlayır.