Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 06:22

Rusiya və Türkiyə təyyarələri Suriyada birgə hava hücumu keçirib?


Rusiya təyyarələri Hmeimim hava bazasında

Rusiya və Türkiyənin hərbi təyyarələri ilk dəfə olaraq Suriya ərazisi üzərində İslam Dövləti adlanan təşkilatın mövqelərinə birgə hava zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu hücumlar zamanı ötən ay Türkiyə quru qoşunlarının ağır itkilərə məruz qaldığı əl-Bab şəhəri ətrafındakı İD mövqeləri hədəflənib.

Türkiyə hərbiyyəsinin məlumatında isə deyilir ki, Rusiya “Türkiyə ilə əlaqələndirmə şəraitində” hava zərbələri endirib.

Əl-Bab şəhəri Türkiyə sərhədindən 20 kilometr aralıda Suriya ərazisində yerləşir. Türkiyə qoşunları artıq 5 aya yaxındlır ki, İD-in nəzarətində olan bu şəhəri ələ keçirməyə çalışır.

Bu ərazi həftənin əvvəlində ABŞ təyyarələri tərəfindən hədəflənmişdi, lakin ekspertlər vurğulayırlar ki, bu, ümumilikdə NATO üzvü ilə Rusiyanın birgə keçirdiyi ilk hərbi əməliyyat sayılmalıdır və indiyədək misli görünməmiş hadisədir.

Təhlilçilər xatırladırlar ki, hələ ötən il Türkiyə və Rusiya təyyarələri bu bölgədə rəqib tərəflər idi və hətta Türkiyə Rusiyanın Su-24 bombardmançısını vurub salmışdı.

Rusiya hərbiyyəsinin sözçüsü general-leytenant Sergey Rudskoy deyib ki, yanvarın 18-də keçirilmiş hava əməliyyatında 9 Rusiya və 8 Türkiyə təyyarəsi iştirak edib.

Sözçü hətta ən xırda detalları açıqlayıb: Rusiya təyyarələrindən biri Su-34, dördü Su-24, dördü Su-25, Türkiyə təyyarələrindən dördü F-16 və dördü F-4 olub. Onlar birlikdə 36 raket zərbəsi endirib.

Buna baxmayaraq, müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Ankara bu əməliyyatı birbaşa “müştərək” adlandırmağa həvəsli görünmür.

XS
SM
MD
LG