Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Türkiyə Rusiyaya etiraz bildirib


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu sentyabrın 25-də Rusiya aviasiyasının Suriya qiyamçılarının istehkamı olan İdlibi bombardman etməsinə etiraz bildirib.

Nazir bunu da deyib ki, bu bombardman nəticəsində bir neçə mülki və mötədil müxalifət nümayəndələri həlak olub.

Televizyaya müsahibəsində Çavuşoğlu bəyan edib ki, Suriyada hazırkı kövrək atəşkəs rejiminin pozulması Astana razılaşması üçün risk yarada bilər.

Türkiyənin xarici işlər naziri Rusiya aviasiyasını nəzərdə tutaraq deyib: “Əgər onlar bundan sonra da haranı gəldi bombalasalar, nəticəsi Hələb olacaq. Böyük qaçqın dalğası yaranacaq”.

Çavuşoğlu deyib ki, Türkiyə Rusiya və İrana İdlibdəki “terrorçu” mövqelərinin birlikdə müəyyənləşdirilməsini təklif etmişdi.

İdlibin bombardmanı nəticəsində mülkilər həlak olub
İdlibin bombardmanı nəticəsində mülkilər həlak olub

O həmçinin bildirib ki, prezident Erdoğan rusiyalı həmkarı Putinlə bu məsələni telefon danışığında müzakirə etməlidir.

Astana razılaşmasına görə Rusiya və İran İdlibdəki “deeskalasiya zonasını” xaricdən, Türkiyə isə daxildən monitorinq etməlidir.

Bu üç ölkə təxminən bir aylıq gərgin danışıqların nəticəsi olaraq Suriyada 6 ay müddətinə “deeskalasiya zonalarının” yaradılmasına razılaşmışdılar.

Bundan başqa Suriya hökuməti ilə mötədil müxalifət arasında koordinasiya mərkəzinin təşkil edilməsi barədə razılaşma əldə olunmuşdu.

“Deeskalasiya zonalarına” Şərqi Quta, İdlib, Homs, Latakiya, Hələb və Hama vilayətlərinin müəyyən əraziləri daxil olmalıdır.

Bu barədə saziş sentyabrın 15-də Qazaxıstanın paytaxtı Astanada imzalanıb.

Bu sazişin bir hissəsi kimi Rusiya, İran və Türkiyə “deeskalasiya zonalarına” nəzarət üçün birgə koordinasiya mərkəzi yaratmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG