Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:15

NYT: Türkiyədə demokratiya uduzur


R.T.Erdoğan-ın tərəfdarları Ankarada referendumda qələbəni bayram edirlər.
R.T.Erdoğan-ın tərəfdarları Ankarada referendumda qələbəni bayram edirlər.

Türkiyədə 16 aprel referendumunun nəticələri yenə də Qərb mediasının əsas mövzularındandır.

«The New York Times» qəzeti «Türkiyədə demokratiya uduzur» başlıqlı redaksiya məqaləsində yazır ki, referendumla bağlı ən yaxşı şey 48.7 faiz seçicinin konstitusiya dəyişikliklərinə «yox» deməsidir. Səslərin 60 faizini qazanacağını gözləyən prezident Recep Tayyip Erdoğan Ankara və İstanbul kimi böyük şəhərlərdə belə uduzdu.

AĞ EVDƏN GÖZLƏNTİLƏR

Qəzet yazır ki, dəyişikliklər rəsmən 2019-cu il prezident seçkisindən sonra qüvvəyə minəcək. Amma səsvermənin nəticəsi artıq Erdoğan-ın mövqeyini gücləndirib, ona «tariximizdə ən vacib hökumət islahatını gerçəkləşdirmək» imkanı verib. Məqalədə AKP lideri Erdoğan-ın onsuz da böyük səlahiyyətdən faydalandığı, indi isə bunun rəsmən təsdiqləndiyi vurğulanır.

Həmçinin NATO üzvü olan Türkiyənin bu demokratik dəyərlərə söykənən alyansdan getdikcə uzaqlaşdığı, ABŞ və Avropayla savaşa girişdiyi, Rusiyayla yaxınlaşdığı qeyd olunur.

«Amma Türkiyə Suriyada əsas faktordur, Avropaya miqrasiyanı önləyir və alyansın şərq qanadını qoruyur. NATO ölkələri Erdoğan-ın avtokratik tendensiyalarını yumşaltmağa çalışmalı, demokratiya tərəfdarlarını ruhlandırmalıdırlar. Ağ ev prezident Donald Trump-ın Erdoğan-ı referenduma görə təbrik etdiyini açıqlayıb – bu, sarsıdıcı yanlış reaksiyadır. Türkiyədə demokratiya sonucda dirçələcəksə, bu, milyonlarla türkün Erdoğan-ın qurduğu avtoritar sistemi istəməməsindən dolayı baş verəcək. Onlar hüquq və azadlıqlarının bərpası yollarını tapacaqlar», – qəzet yazır.

Türkiyə referendumu - Erdoganın qələbəsi yoxsa məğlubiyyəti?
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

TƏCRİD

«Türkiyə özünü getdikcə beynəlxalq aləmdən daha çox təcrid edir». Bunu isə «Foreign Policy» dərgisində Emily Tamkin qeyd edir.

ABŞ-dakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Bülent Alirıza dərgiyə deyib ki, «referendumun daha bir sonucu ölkənin Avropa Birliyi və Birləşmiş Ştatlardan getdikcə uzaqlaşmasıdır».

Erdoğan beynəlxalq müşahidəçilərin tənqidi qənaətlərinə sərt cavab verib, onları «yerlərini bilməyə» çağırıb.

AB İLƏ DANIŞIQLAR ERTƏLƏNƏ BİLƏR

Birbaşa təsir özünü Türkiyənin Avropa Birliyi ilə münasibətlərində göstərəcək. AB, çox güman ki, Ankarayla üzvlük danışıqlarını ertələyəcək, amma ola bilsin, onları rəsmən dayandırmasın. Bunu Karneqi Fondundan Sinan Ülgen deyir. Onun fikrincə, rəsmi dayandırma danışıqları bitirmək anlamına gəlir ki, sonra bu işə bir də başlamaq var.

Üzvlük danışıqlarının ertələnməsinə əsas əngəl Erdoğan-ın ölüm hökmünün bərpası vədləri olacaq. Ülgen deyir ki, çoxları bu vədləri millətçilərin səsini qazanmaqdan ötrü siyasi oyun sayırdı. Amma bazar günü axşam Erdoğan bir daha bu məsələdən danışdı.

Avropa Birliyi Türkiyəyə vizasız rejimin tətbiqindən də vaz keçəcək və Ankara da öz növbəsində AB-yə qaçqın axınını əngəlləyən sazişi pozmaqla hədələyəcək.

Türkiyədə referendum: "Səslərimizi oğurladılar"
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

ABŞ-LA MÜNASİBƏTLƏRƏ TƏSİRİ

Referendumun ABŞ-Türkiyə münasibətlərinə təsiri də parlaq görünmür.

«Birləşmiş Ştatların Türkiyəylə əlaqələri pozmasını elan etməsi vacib deyil. Amma Türkiyə demokratiyanı möhkəmləndirmək yolunu seçməzsə, dostyana münasibətlərdən danışmaq olmaz. Onun diktaturasına uyğunlaşmaqdan ötrü niyə geriyə getməliyik ki?», - Kolumbiya Universitetində Türkiyə üzrə ekspert David Phillips sual edir.

NATO-ya gəlincə, ekspert düşünür ki, Türkiyənin vazkeçilməz təhlükəsizik tərəfdaşı olması fikri yanlışdır. «Bizə seçim lazımdır. Yadda saxlamalıyıq ki, NATO təkcə təhlükəsizlik alyansı deyil. O, dəyərləri paylaşan ölkələrin koalisiyasıdır», – Phillips deyir.

XS
SM
MD
LG