Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Türkiyəyə ‘yeni qaçqın dalğası’ başlanıb


Əfqan qaçqınlar Türkiyə-İran sərhədində

Türkiyə bildirir ki, ilin əvvəlindən ölkəyə 30 min əfqan gəlib. Daxili işlər naziri Süleyman Soylu bunu “yeni qaçqın dalğası” adlandırıb.

Soylu aprelin 25-də bildirib ki, yanvar ayından bəri Türkiyə ərazisinə 29,899 əfqan daxil olub. Anadolu agentliyinin məlumatına görə ötən il bu rəqəm 45,259 idi.

Daxili işlər naziri bunu da əlavə edib ki, bu il 1328 insan qaçaqmalçısı saxlanıb.

Türkiyə Əfqanıstan və Asiyanın başqa ölkələrindən Avropaya getmək istəyən miqrantlar üçün əsas tranzit ölkədir.

Ankara Əfqanıstan kimi münaqişəli ölkələrdən gələnləri geriyə deportasiya etməyə başlayıb.

Amnesty International bildirir aprelin əvvəllərində Türkiyə 7100 əfqanı geri qaytarıb. Təşkilat bu hərəkəti “məsuliyyətsiz deportasiyalar” adlandırır.

Amnesty International bunu da qeyd edir ki, münaqişə zonalarından qaçan insanlarla cinayətkarlar kimi rəftar olunur.

Təşkilatın məlumatına görə hazırda Türkiyədə 145 min əfqan var.

Türkiyə habelə 3 milyon suriyalı, 300 min iraqlı qaçqına sığınacaq verib.

Ankara şərqdən gələn miqrantların qarşısını almaq məqsədi ilə İranla sərhəddə hasar ucaldır.

XS
SM
MD
LG