Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:49

Türkiyədə saxlanan media işçilərinə qarşı ittiham irəli sürülüb


Türkiyə polisi dekabrın 14-də müxalifətdə olan bir neçə qəzetin redaksiyasında reyd və həbslər keçirib.

Azı 27 nəfərin həbs edildiyi xəbər verilir.

ABŞ-da fəaliyyət göstərən dini xadim Fətullah Gülenə yaxın olan Zaman Qəzeti və Samanyolu televiziya kanalının rəhbərləri də həbs olunanlar arasındadır.

Əvvəllər indiki prezident Recep Tayyip Erdoganın yaxın müttəfiqi olan Fətullah Gulen indi onun əsas rəqibi hesab olunur.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini və genişlənmə komissarı Johannes Hahn bu həbslərin Avropa dəyərlərinə zidd olduğunu bəyan ediblər.

Həmçinin ABŞ Dövlət Departamenti Türkiyə hakimiyyətini bu reydlərin mətbuat azadlığı və digər demokratik dəyərlərə zidd olmadına təminat verməyə çağırıb.

Anadolu agentliyinin məlumatına görə, həbs edilənlər dövlət çevrilişinə cəhd, hədə-qorxu gəlmə, böhtan və digər maaddələrdə ittiham olunurlar.

XS
SM
MD
LG