Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 12:20

İstanbulda daha 73 müəllim saxlandı


Recep Tayyip Erdogan və Fethullah Gulen

Recep Tayyip Erdogan və Fethullah Gulen

İstanbuldakı “Yıldız Texniki Universiteti” müəllim heyətinin 73 üzvü saxlanıb.

Onlar 15 iyul qiyam cəhdiylə bağlı istintaq çərçivəsində saxlanıblar.

Prokurorluq noyabrın 18-də ümumilikdə universitetin 103 əməkdaşının həbsinə order verib.

Onlar 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinirlər.

Prokurorluğun məlumatına görə, onlar mesajlaşmaq üçün “Bylock” adlı mobil əlavədən istifadə edirmişlər.

Məlumata görə Fətullah Gülən tərəfdarları bu əlavədən 2014-cü ildən istifadə edirlər.

Həmçinin noyabrın 17-də 203 hakim eyni ittihamla işdən azad edilib.

15 iyul qiyam cəhdindən bu yana ölkədə 110 mindən çox adam saxlanıb və ya vəzifədən kənarlaşdırılıb,

36 mindən çox adamsa həbs edilib.

Qiyam cəhdi zamanı 240-dan çox adam ölüb.

Hakimiyyət dəfələrlə bəyan edib ki, bu qiyam cəhdinin arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülən durur.

O, ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG