Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 11:50

'Hayır'ın Türkiyədə yasaqlanması


R.T.Erdoğan İstanbulda «Evet» yürüşündə.

Türkiyənin «Pinqvin» adlı məşhur satirik jurnalı bir karikatura dərc edib. Seçki kabinəsində olan adam əlindəki bülletendə seçimlərdən birinin yerinə «hə», o birininkinə isə «yox» əvəzinə «terrorçu» yazıldığını görüb gözlərini bərəldir.

BBC Türkiyədə «yox» – «hayır» sözünün, az qala, yasaqlandığını yazır.

«TERRORÇULAR «YOX» DEYƏR»

Məsələ burasındadır ki, referendum öncəsi hökumət konstitusiyaya dəyişiklikləri qəbul etdirməkdən, yəni dəyişikliklərə «hə» dedirtməkdən ötrü kampaniyaya başlayıb. İstanbulun hər yerində «dəyişikliklərə «hə» deyək» çağırışlı şüarlar asılıb. Siqaretə qarşı təbliğat bukletləri isə üzərində «yox» yazıldığına görə yığışdırılıb, parlament üzvlərindən biri bukletlərin xalqı çaşdıra biləcəyini deyib.

Buna da bax-Əliyevləri tənqid edən türk kanalının yayımı Azərbaycanda dayandırıldı

«Digitürk» kabel provayderi «Oscar»a namizəd olan və Pinochet rejiminin referendumdakı məğlubiyyətindən bəhs edən «No» (Yox) filminin yayımını dayandırıb. BBC «Digitürk»ü yaxın keçmişdə prezident Recep Tayyip Erdoğan-a yaxın olan Qətər şirkətinin aldığını xatırladır. Şirkət filmin yayımının dayandırılması haqda suallara cavab vermək istəməyib.

Prezident R.T.Erdoğan bu yaxında çıxışlarından birində deyib ki, «yox» deyənlər sui-qəsdçilərin tərəfində dayandıqlarını göstərəcəklər: «Separatçı terrorçu «yox» deyər, «yox» deyənlər onların yanında dayananlar olar».

«No» (Yox) filminin yayımı dayandırılıb.
«No» (Yox) filminin yayımı dayandırılıb.

DAHA «HAYIRLI CUMALAR» DA DEMİRLƏR

Ankara meri də Twitter hesabında «bütün satqınlar «yox» deyirlər» yazıb. Rəsmilər, əlbəttə, konstitusiyaya dəyişikliklərə «yox» deyənləri nəzərdə tuturlar.

BBC müəllifi isə indi türklərin hətta «xeyirli» mənası verən «hayırlı» sözünü də işlətməkdən çəkindiyini (kökü «hayır» sözüylə omonim olduğuna görə), məsələn, «hayırlı cumalar» yerinə «cumamız mübarək» dediklərini yazır.

Buna da bax-'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'

Bu günlərdə İstanbulun Kadıköy rayonunda polis işçiləri konstitusiya dəyişikliklərinə «yox» kampaniyası aparan qrupa hücum ediblər. İnternetdə yayılan videolarda polisin silaha əl atdığını, gözyaşardıcı qazdan istifadə etdiyi görünür.

APARICINI İŞDƏN ÇIXARIBLAR

Türkiyənin ən çox satılan qəzetlərindən biri, getdikcə hökumətə meyllənən «Hürriyet» yazıçı, Nobel mükafatçısı Orhan Pamuk-la müsahibəni təxirə salıb. Yazar bir az əvvəl referendumda «yox» deyəcəyini elan edibmiş.

Keçən həftə isə «Kanal D» məşhur aparıcısını – İrfan Değirmenci-ni sosial şəbəkələrdə referenduma «yox» kampaniyası apardığına görə işdən qovub.

Türkiyədə referendum aprelin 16-na planlanır. Səsverməyə çıxarılacaq konstitusiya düzəlişləri prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutur. R.T.Erdoğan-ın tərəfdarları bu dəyişikliyin ölkənin qarşısında dayanan sınaqların öhdəsindən gəlmək, hakimiyyəti gücləndirməkdən ötrü vacib olduğunu deyir. Tənqidçilərin fikrincə, məqsəd şəxsən R.T.Erdoğan-ın təkhakimiyyətliliyini təmin etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG