Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:14

1677 Azərbaycan vətəndaşı Türkiyənin «qara siyahısı»nda


arxiv foto

Türkiyənin “qara siyahısında” 1677 Azərbaycan vətəndaşı var.

“Qara siyahıya” 4128 Rusiya, 2651 Tacikistan, 1914 Qazaxıstan vətəndaşı daxildir.

Səudiyyə Ərəbistanından olanlar 7523, Tunis vətəndaşları 4605 nəfərdir. Onların hamısına Türkiyəyə giriş qadağandır.

Türkiyə hakimiyyəti «İslam Dövləti» silahlı qruplaşması ilə əlaqədə şübhəli bilinənləri «qara siyahı»ya salıb.

Bu barədə məlumat Türkiyənin Daxili işlər nazirliyinin məruzəsində yer alıb. Türkiyə ərazisinə girişi qadağan olunanların siyahısında 146 ölkədən 54 mindən çox əcnəbinin adı var. Əksəriyyəti Səudiyyə Ərəbistan, Tunis və Rusiya vətəndaşlarıdır.

Daxili işlər nazirliyinin məlumatına görə, 2011-ci ildən cihadla əlaqəsi olmaqda şübhəli bilinən 17,5 min əcnəbi ilə bağlı araşdırma aparılıb. Onlardan 5 mini ölkədən deportasiya olunub.

Məruzədə o da qeyd olunur ki, 2013-2017-ci illərdə Türkiyə ərazisində 14 terror olayı törədilib ki, bunun nəticəsində 300-dən çox adam ölüb, bir o qədəri də yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG