Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Məhkəmə dinləmələrinin cədvəlini qura bilmirlər


32 min nəfər həbs olunub.
32 min nəfər həbs olunub.

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ sentyabrın 28-də mətbuat konfransı keçirərək, çevriliş cəhdindən sonra 70 min adama cinayət işi açıldığını, 32 min nəfərin həbs olunduğunu bildirib. Nazir araşdırma nəticəsində əldə olunacaq məlumatlara əsasən yeni həbsləri istisna etməyib.

ƏN BÖYÜK MƏHKƏMƏ PROSESİ

cbcnews-un bu haqda yazısının başlığı belədir: «Siyasi düşmənlərinin kütləvi həbsinin öhdəsindən gəlmək məqsədilə Türkiyə yeni məhkəmə binaları tikir».

«The New-York Times» Bekir Bozdağ-a əsaslanaraq, hökumətin Ankara yaxınlığında yeni məhkəmə binası tikdirdiyini yazır. Nazir yeni binanın çevriliş cəhdində şübhəli bilinənlərin məhkəməsindən ötrü lazım olduğunu deyib.

«AlJazeera» kanalı xəbər verir ki, çevriliş cəhdində günahlandırılanların məhkəməsi Türkiyə tarixində ən böyük məhkəmə prosesi olacaq. Bekir Bozdağ etiraf edib ki, məhkəmə proseslərinin necə həyata keçirəcəyi hələ tam bəlli deyil: «Rəsmilər dinləmələrin cədvəlini tərtib etməkdə çətinlik çəkirlər». O deyib ki, məhkəmələr bir yerdə deyil, ölkənin bütün şəhərlərində olacaq.

MÜTTƏFİQLƏR NARAHATDIR

«Deutsche Welle» yazır ki, Ankaranın müttəfiqləri, o cümlədən Birləşmiş Ştatlar və Almaniya Türkiyədə kütləvi həbslərdən narahatlığını ifadə etdiyini, amma Ankara təkidlə qanunun aliliyinin qorunduğunu bildirir.

Türkiyədə iyulda baş verən çevriliş cəhdindən sonra hökumət kütləvi təmizləmələrə başlayıb. Cəhdin arxasında Amerikaya sığınmış Fethullah Gülen-in dayandığını deyən rəsmilər onun ardıcıllarının ya işdən çıxarılması, ya da həbs edilməsiylə bağlı qərarlar verirlər. Ordu, polis xidməti, ədliyyə, səhiyyə və təhsil sistemi də daxil olmaqla, müxtəlif sahələrdə çalışan 50 mindən çox adam işdən qovulub.

Gülen-in ekstradisiyasından ötrü Birləşmiş Ştatlara lazımi sənədlər göndərilib.

«AlJazeera»nin məlumatına görə, Amerika rəsmiləri Ankaranın sorğusuna 2 günə cavab verməlidirlər.

75 yaşlı Fethullah Gülen 1999-cu ildən Pensilvaniyada yaşayır. O, çevriliş cəhdiylə bağlı bütün ittihamları rədd edib.

XS
SM
MD
LG