Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Türkiyə-Azərbaycan arasında diplomatik əlaqələr yaranması günü


Ali Sovet. 18 Oktyabr, 1991.

1992-ci il yanvarın 14-ü Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması günüdür. Prezident İlham Əliyev bununla əlaqədar Türkiyə prezidenti Receb Tayyib Erdoğana məktub göndərib.

“Bu əlamətdar hadisənin 25 illiyi ilə əlaqədar sizi təbrik edir, dost və qardaş Türkiyə xalqına ən xoş, səmimi arzularımı çatdırıram”, prezident məktubunda qeyd edib.

Buna da bax:​ Rusiyanın Qafqazda nüfuzunu nə sarsıtdı

Ölkə başçısı yazır ki, müstəqil Azərbaycanın tarixində Türkiyə diplomatik əlaqələr yaradılan ilk dövlət olub.

“Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Ötən illər ərzində “bir millət-iki dövlət ” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edib. Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Əminəm ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək”, İ.Əliyev qeyd edib.

Buna da bax:​ Rəsmi Bakı ilə Ankaranın azad mediaya münasibəti eyniləşib

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Aktda qeyd edilib ki, müstəqil Azərbaycan 1918 - 1920-ci ildə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG