Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

N.Zeybekci: 'Milli valyutalar gücləndirilməlidir'


Şahin Mustafayev
Şahin Mustafayev

Bu gün, dekabrın 21-i Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 6-cı görüşü keçirilib.

AZƏRBAYCAN-TÜRKİYƏ

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1.9 milyard dollar təşkil edib. Bunun 1.2 mlrd. dolları idxal, 900 mln. dolları isə ixracın payına düşüb.

Nazir bildirib ki, Azərbaycanın Türkiyəyə qoyduğu ümumi investisiyaların həcmi 8 mlrd. dollar təşkil edir:

Buna da bax-Çevriliş cəhdinin azərbaycanlı iş adamlarına təsiri

«Bunun da böyük hissəsi Azərbaycanın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisinə yatırılıb. 2020-ci ilə qədər Azərbaycanın Türkiyəyə yatıracağı investisiyaların həcmi 18-20 mlrd. dollar təşkil edəcək. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 10 mlrd. dollar təşkil edir. Bunun da 2 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yatırılıb».

AZƏRBAYCAN-QAZAXISTAN

Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın Qazaxıstana qoyduğu investisiyaların həcmi 190 milyon dollar səviyyəsindədir: «Bu ticarət əlaqələrinin əsas kapitalı Aktau dəniz limanının yaradılmasıdır. Qazaxıstan isə Azərbaycana 67 milyon dollarlıq investisiya qoyub».

Nazir vurğulayıb ki, son dövrlər türkdilli dövlətlər arasında ixrac-idxal əməliyyatı xeyli azalıb.

Nihat Zeybekci
Nihat Zeybekci

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci isə bildirib ki, türkdilli ölkələr eyni tarixi yaşayır, eyni dili danışır: «Biz eyni süfrədən eyni çörəyi yeyirik».

TÜRKİYƏLİ NAZİR İQTİSADİ ƏLAQƏLƏRİN ZƏİFLİYİNDƏN NARAZIDIR

O, bildirib ki, türkdilli dövlətlərin bir-biri ilə iqtisadiyyatı güclü olmalıdır: «Bunun üçün aramızdakı ticari əlaqələri artırmalıyıq. Türkiyə bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malik ölkəsidir. Hazırda Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 milyard dollarlıq yatırıma sahibdir. Ancaq türkdilli dövlətlər arasında heç bu məbləğin 1 faizinə sahib deyilik».

Türkiyəli nazir vurğulayıb ki, bütün türkdilli ölkələr öz milli valyutalarını gücləndirməlidir.

N.Zeybekci türkdilli ölkələr arasında onlayn ticarətin gücləndirilməsi barədə də danışıb: «Çində bir onlayn ticarət saytı bir gündə məhsulun satışından 18 milyard dollar gəlir əldə edir. Biz bu sahəni genişləndirməliyik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG