Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 20:46

Məhkəmə anti-Tuleyev mitinqinə icazə vermədi


Qubernatorluqdan istefa verən Tuleyev regional spiker vəzifəsinə gətirilib

Sibirdəki Kemerovo Regional Məhkəməsi keçmiş qubernator Aman Tuleyevə qarşı mitinqin keçirilməsinə icazə vermiş aşağı instansiyanın qərarını ləğv edib.

Tuleyev ötən ay Kemerovoda ağır insan itkiləri ilə nəticələnmiş supermarket yanğını ilə bağlı istefa vermişdi.

Aprelin 21-də keçirilməsi planlaşdırılan mitinqdə Aman Tuleyevin qubernatorluqdan getdikdən dərhal sonra regional parlamentin spikeri vəzifəsinə gətirilməsinə etiraz edilməli idi.

20 aprel məhkəmə qərarından əvvəl, aprelin 18-də Kemerovo Mərkəzi Rayon Məhkəməsi icra hakimiyyətinin mitinqə icazə verməmək qərarının qanunsuz olduğu barədə hökm vermişdi.

Tuleyev özü də mitinq təşkilatçılarından aksiyanın aprelin 21-dən başqa günə keçirilməsini xahiş etmişdi.

O bunu həmin gün yanğının bir neçə qurbanının dəfn mərasiminin olacağı ilə əsaslandırırdı.

Aprelin 20-də İstintaq Komitəsi bildirib ki, qalıqların DNT analizi qurbanların sayının 60 olduğunu göstərib.

Bundan əvvəl rəsmi rəqəmlərə görə ölənlərin sayı 41 uşaq da daxil 64 nəfər olaraq göstərilmişdi.

İstintaq Komitəsi qurban rəqəminin niyə azaldığını izah etməyib.

Sakinlər və yanğın qurbanlarının yaxınları fəlakətə görə korrupsiya və hökumət səhlənkarlığını ittiham edirlər.

Bu hadisə ilə bağlı binaların texniki qəbulu idarəsinuin rəhbəri də daxil 7 nəfər həbs olunub.

XS
SM
MD
LG