Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:09

Tsarukian:“Ölkədəki pis vəziyyətə görə kim günahkardırsa getməlidir”


Gagik Tsarukian

“Ölkədə yaranmış pis vəziyyətə görə kim günahkardırsa getməlidir”.

AzadlıqRadiosu Ermənistan xidmətinin martın 13-də yaydığı məlumata görə, bunu “Tsarukian” blokunun lideri Garik Tsarukian seçkiqabağı kampaniya çərçivəsində Aparan şəhərində seçicilərlə görüşdə deyib.

Mənbə yazır ki, Tsarukyan indiki seçki kampnaiyası zamanı, bunadək hakimiyyətin dəyişməli olması barədə heç nə deməmişdi.

Tsarukian çıxışında daha çox ölkədəki iqtisadi vəziyyətə toxunub, aşağı faizlə kredit əldə etmək imkanının qarşısında duran əsas tapşırıq olduğunu bildirib.

Məlumata görə, Aparan, həmçinin Talin və Aştarak yaşayış məntəqələrində vətəndaşlar Tsarukiandan yazılı şəkildə müxtəlif xahişlər ediblər, əsasən də maaddi yardım istəyiblər.

Gagik Tsarukian
Gagik Tsarukian

AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tigran Mukucyan ötən həftə bildirib ki, seçkiqabağı kampaniyalar zamanı bu cür yardımlar və 2 aprel seçkisindən sonra pul yardımı vəd etməyə seçki rüşvəti kimi baxıla bilər.

Tsarukian isə onun bu bəyanatına toxunaraq deyib: ”İndiyədək elə adam olmayıb ki, mənə ağız açsın, mənsə ona kömək etməyim. Cənab Mukucyansa qanuna işarə edərək deyir ki, bir də insanlara vəd verməyin, vəd də rüşvətdir. Yaxşı qoy insanlar ölsün...bir də heç nə vəd etməyəcəm, əziz xalq, Mukucyan qadağan edib”,deyə Tsarukian vurğulayıb.

Mənbə yazır ki, Tsarukianı müşahidə edən şəxslər vətəndaşlardan yazılı müraciətlər toplayıb və onlara cavab veriləcəyini vəd ediblər.

Qeyd edək ki, Avrelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Bu, ölkədə 2015-ci ildə qəbul edilmiş konstitusiya dəyişikliyindən sonra keçiriləcək ilk parlament seçkisi olacaq.

Keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Hovannisian da seçkiyə bir blokda gedirlər.

Seyran Ohanian, Vartan Oskanian və Raffi Hovannisian
Seyran Ohanian, Vartan Oskanian və Raffi Hovannisian

Xatırladaq ki, 2015-ci ildə qəbul edilmiş konstitusiya islahatında ölkənin parlament idarəçilik formasına keçməsi nəzərdə tutulub.

Buna da bax. Ermənistanda seçki kampaniyasına start verildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG