Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:34

Trump SoHo hotelində Vladimir Putinin görüntüsü peyda olub (Video)


Foto arxiv

Nyu-Yorkdakı Trump SoHo hotelinin fasadında Rusiya prezidenti Vladimir Putinin görüntüsü peyda olub.

Aksiyanın təşkilatçısı, amerikalı jurnalist Robin Bell Tvitter hesabında bunun videosunu yayıb.

Kadrlarda hotelin qarşısındakı yoldan qadın geyimində olan adamlar ötdüyü və onlardan birinin əlində Rusiya bayrağı olduğu görünür.

Bundan sonra kamera hotelin divarına yönəlir.

​Orda Putinin şəkli ilə yanaşı ingilis dilində «Happy to help, bro» («kömək etməyə şadam qardaş) «Follow the money» (Puli izlə) , rus dilində «Крепись, братан» (Möhkəm ol qardaş) sözləri görünür.

Müəllifin sözlərinə görə, bu Rusiya lideri adından ABŞ prezidenti Donald Trump-a “müraciətdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG