Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Trump deyir ki, Pxenyana xəbərdarlıq “görünür kifayət qədər sərt olmayıb”


ABŞ prezidenti Donald Trump deyib ki, görünür onun Şimali Koreyanın “atəş və hiddətlə üzləşəcəyinə” dair xəbərdarlığı “kifayət qədər sərt olmayıb”.

Avqustun 10-da Trump jurnalistlərə deyib ki, o həmişə danışıqlar variantını nəzərdən keçirəcək, lakin Pxenyan Birləşmiş Ştatlara nəsə etsə, “çox, çox əsəbiləşməli” olacaq.

Trump bildirib ki, Şimali Koreya “özünü yığışdırmalıdır”, yoxsa o “çox az ölkələrin indiyədək düşdüyü fəlakətə düçar olacaq”.

Avqustun 8-də Washington Post qəzeti ABŞ kəşfiyyatının rəsmilərinə istinadən Şimali Koreyanın miniatür ölçülü nüvə başlıqlarını hazırlaya bildiyini xəbər verəndən sonra Donald Trump demişdi ki, Pxenyan bir daha Amerikanı hədələyərsə, “atəş və hiddətlə üzləşəcək”.

Buna cavab olaraq Pxenyan Amerikanın Sakit okeandakı Quam adasında raket zərbələrinin hazırlandlığını elan edib.

Quam adasında ABŞ-ın mühüm hərbi bazaları yerləşir.

Vaşinqton və Pxenyan arasında gərginlik Şimali Koreya iyul ayında iki qitələrarası raketi sınaqdan çıxardıqdan sonra daha da şiddətlənib. Pxenyan bəyan etmişdi ki, indi onun raketləri ABŞ ərazisini vurmağa qadirdir.

Ötən həftə BMT Təhlükəsizlik Şurası Pxenyan üzərinə yeni, daha sərt sanksiyalar qoyan qətnaməni yekdilliklə qəbul edib.

Avqustun 10-da özünün Nyu Cersidəki qolf klubunda bəyanat verən Trump Rusiya və Çini bu qətnaməni dəstəklədiklərinə görə tərifləyib.

Lakin o əlavə edib ki, Şimali Koreyanın əsas müttəfiqi olan Çin Pxenyanın öz nüvə və raket proqramını dayandırması üçün daha çox şey edə bilərdi.

Bundan əvvəl, avqustun 10-da Şimali Koreyanın dövlət KCNA agentliyi Koreya Xalq Ordusunun starteji qüvvələrinin komandanı, general Kim Rak Gyoma istinadən bildirmişdi ki, Pxenyan 4 Hwasong-12 raketinin buraxılışına hazırlaşır. Bu raketlər Yaponiya üzərindən keçərək Quam adasının 30-40 kilometrliyinə düşməlidir.

Quam Sakit okeanda, Koreya yarımadasının 3400 kilometrliyində yerləşir və burda ABŞ-ın hərbi bazalarından başqa 160 minlik əhali var.

General deyib ki, plan avqustun ortalarınadək yekinlaşdırılacaq və bundan sonra strateji qüvvələr Şimali Koreya lideri Kim Jong Unun əmrini gözləyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG