Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 04:45

'Suriyaya görə Ukraynanı xərcləməyin'


Ilya Yashin, Moskva, 30 avqust 2016

Rusiyada Putinin tənqidçisi İlya Yashin ABŞ-ın yeni prezidenti Donald Trump-ı “Suriyaya görə, Ukraynanı xərcləməyin” deyə çağırış edib.

Bu barədə ABŞ-ın Politiqo nəşri yazır.

İlya Yashin xəbərdarlıq edir ki, ABŞ-la Rusiya arasında istənilən münasibətin yaxşılaşdırılması Krımın tutulmasını, o cümlədən, rusiyalı hərbçilərin Ukraynanın şərqindəki fəaliyyətini qəbul etmək demək olacaq.

Müxalif siyasətçi əmindir ki, Moskva ABŞ-la əlaqələrin yaxşılaşdırılması üçün Bashar Asad-ı dəstəkləməkdən vaz keçə bilər.

İlya Yashin hesab edir ki, bu baş verirsə, sadəcə, Kremlin mövqeyi möhkəmlənəcək və NATO ölkələrindən birinə qarşı Moskvanın təhlükəsini güclənəcək.

XS
SM
MD
LG