Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:13

'Putin-i bu işə cəlb edəcəyəm və biz Donald-ı seçdirəcəyik…' – Məktub


V.Putin və D.Trump

Donald Trump-ın 2015 və 2016-cı illərdə prezident kampaniyasıyla eyni vaxtda onun «Trump Organization» şirkəti Moskvada «Trump Tower» (Trump Qülləsi) tikmək barədə danışıqlar aparırdı. Bunu Trump-ın vəkili Konqresdəki təhqiqatçılara məktubunda yazıb və bu haqda avqustun 28-də ABŞ mediası xəbər yayıb.

O zaman «Trump Organization»ın baş müşaviri olmuş Michael Cohen Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə iki səhifəlik bəyanatında yazıb ki, həmin sövdələşmə «niyyət məktubu» səviyyəsinə çatıb, ancaq bir sıra biznes səbəbləri ucbatından sona çatdırılmayıb. «The Associated Press», «The New York Times», «ABC News» və digər media qurumları bu bəyanatın surətini əldə etdiklərini bildiriblər.

«RAZILAŞMANIN KAMPANİYAYA DƏXLİ OLMAYIB»

Medianın yazdığına görə, Cohen deyib ki, Moskvadakı «Trump Tower» razılaşmasının Trump-ın prezidentlik kampaniyasına dəxli olmayıb. Ancaq o, şəxsən bu barədə Trump-a «üç halda» danışdığını bildirib. 2015-ci ilin oktyabrında Trump hotel kompleksinin tikilməsiylə bağlı niyyət məktubunu imzalayıb.

***Buna da bax-Trump yenə də Rusiya ilə yaxşı münasibətlərdən danışır

M.Cohen Rusiya prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov-a elektron məktub da yazdığını da deyib, ondan razılaşmaya kömək istəyib. Bu məsləhəti isə ona Kremllə dərin əlaqələri olduğunu iddia edən Felix Sater verib.

Kəşfiyyat Komitəsi, eləcə də Konqresin bir neçə paneli Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini, Rusiyayla Trump kampaniyası arasında əlaqə olub –olmadığını araşdırır.

Cohen-in açıqlaması haqda məlumatlara «Trump Organization» şirkətindən münasibət gəlib, qurum 2015-ci ilin oktyabrında Moskvanın «IC Expert Investment Co.» şirkətiylə Moskvada «Trump Tower» tikintisinə dair niyyət məktubunun imzalandığını təsdiqləyib.

Michael Cohen
Michael Cohen

ŞİRKƏT DƏ TƏSDİQLƏYİB

Şirkət onu da bildirib ki, lisenziya sövdələşməsi çox irəli getmədiyi üçün ondan əl çəkilib, danışıqlarda tikintinin yeri, yaxud maliyyəsi götür-qoy olunmayıb. Məlumata görə, sövdələşmə çərçivəsində Trump hər hansı ödəniş almayıb.

«Aydın desək, «Trump Organization»ın Rusiyada heç vaxt daşınmaz əmlak holdinqləri, yaxud maraqları olmayıb», – açıqlamada vurğulanır.

Moskvada «Trump Tower» tikintisiylə bağlı niyyət məktubunun imzalanması haqda ilk dəfə avqustun 27-də «The Washington Post» qəzeti yazıb.

***Buna da bax-WP: 'Trump həm prezident olmaq, həm də Moskvada ev tikmək istəyirdi'

«The New York Times» isə avqustun 28-də Felix Sater barədə məlumat yayıb. Qəzetin iddiasına görə, o, bir elektron məktubda lovğalanıbmış ki, daşınmaz əmlak sövdələşməsi Trump-ın seçilməyinə kömək edə bilər.

«Bizim oğlan ABŞ-ın prezidenti ola, bunu təşkil edə bilərik. Putin-in bütün komandasının buna razılığını alacağam, bu prosesi idarə edəcəyəm», – o, Cohen-ə məktubunda yazıb.

«DONALD-I SEÇDİRƏCƏYİK»

Rusiyalı mühacir olan F.Sater deyirmiş ki, «Trump Tower» razılaşmasının maliyyələşdirilməsinə dair «VTB Bank»la razılığa gəlib. Həmin bank Moskvanın Ukraynaya təcavüzünə görə ABŞ sanksiyalarına məruz qalıb.

F.Sater Moskvada lentkəsmə mərasimi də nəzərdə tuturmuş:

«Putin-i bu proqrama cəlb edəcəyəm, biz Donald-ı seçdirəcəyik».

Media Cohen-in iki səhifəlik bəyanatına istinadla yazır ki, o, Sater-in tövsiyəsiylə Peskov-a elektron məktub göndərib, «çünki bu təklifə Rusiya hökuməti daxilindən dəstək lazım idi».

Cohen bu məktuba hansısa cavab aldığını xatırlamadığını yazıb. O, mətbuata açıqlamasında Sater-in Kremlin dəstəyini qazanmaqla bağlı iddialarını təkzib edib. Deyib ki, Sater «bəzən rəngli dildən faydalanıb, alverə meylli olub».

Onun sözlərinə görə, «Trump Organization» bütün dünyada tikinti aparmaqdan ötrü dəbdəbəli otellər, ofis kompleksləri, birgə mülkiyyətçilik təklifləri alıb. O, Moskva sövdələşməsinin «Trump Organization»a uyğun olub-olmadığını araşdırmaq üçün məsələyə diqqətlə yanaşdığını, şirkətin razılaşmanın maliyyələşdirilməsinə dair ilkin danışıqlar apardığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG