Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:31

Trump Suriyada müxalif üsyançılara gizli dəstəyi dayandırır


Donald Trump Suriya prezidenti Bashar al-Assad-ə qarşı döyüşən üsyançılara gizli dəstək proqramını dayandırdığını elan edib, bildirib ki, bu çox «təhlükəli və israfçılıq»dır.

Trump-ın bu açıqlamasından bir neçə gün öncə ABŞ xüsusi əməliyyatlarının rəhbəri, general Tony Thomas dörd illik əməliyyatın başa çatdığını bildirib. Eyni zamanda bu əməliyyatlarda məqsədin «Assad-ə dəstək verən Rusiyanı sakitləşdirmək» niyyəti güddüyünü inkar edib.

İyulun 24-də Trump öz tvitter hesabında yazır: «The Washington Post» mənim Assad-la mübarizə aparan üsyançılara kütləvi, təhlükəli və israfçı dəstəyimi dayandırmaqla bağlı faktları uydurub».

Bu tvit qəzetin «Moskva ilə məkədaşlıq Suriyada Trump strategiyasının əsas açarına çevrilib» yazmasına cavabdır. Bu ay ABŞ və Rusiya Suriyanın cənubunda gərginlikdən azad zona yaratmaqla bağlı razılığa gəliblər.

Keçmiş prezident Barack Obama 2013-cü ildə müxalifət Assad-a qarşı xarici dəstək istəyən zaman gizli proqramı təsdiqləmişdi. Bu proqram çərçivəsində minlərlə döyüşçü təlim keçmiş və silahlandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG