Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:06

Trump administrasiyası səyahət qadağasından əl çəkmir


D.Trump səyahət qadağası haqda fərmanı imzalayır.
D.Trump səyahət qadağası haqda fərmanı imzalayır.

ABŞ Ədliyyə Departamenti bildirir ki, administrasiyanın müvəqqəti səyahət qadağasını bloklayan məhkəmə qərarından Ali Məhkəməyə şikayət verəcək. Həmin qadağa altı müsəlman ölkəsindən ziyarətçilərin Birləşmiş Ştatlara girişini yasaqlayır.

Prezident Donald Trump vəzifəyə keçəndən bir neçə həftə sonra həmin fərmanı imzalayıb. Ancaq yerli məhkəmələr qərarı bloklayıb.

«PREZİDENTİN BUNA TAM SƏLAHİYYƏTİ ÇATIR»

Baş prokuror Jeff Sessions deyib ki, prezidentin millətin təhlükəsizliyindən ötrü belə bir qərar verməyə tam səlahiyyəti çatır.

«Terrorçuluğa sponsorluq edən, yaxud onlara sığınacaq verən ölkələrdən gələnləri qəbul etməklə bağlı prezident qarşısında elə bir tələb yoxdur. Bundan ötrü prezident həmin şəxslərin ABŞ-a təhlükəsizlik riski yaratmamasından əmin olmalıdır», – Sessions deyib.

Mayın 25-də Virciniya ştatının Riçmond şəhərindəki 4-cü ABŞ Dairə Apellyasiya Məhkəməsi aşağı instansiyanın səyahət qadağasını bloklayan qərarını qüvvədə saxlayıb.

Səyahət qadağası İran, Suriya, Sudan, Liviya, Somali və Yəməndən gələnlərə 90 günlük yasaq nəzərdə tuturdu. Bu fərman ABŞ qaçqın proqramını da 120 günlüyə ertələyib.

Trump-ın immiqrasiya qadağası- qarşı çıxanlar, dəstək olanlar
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Apellyasiya məhkəməsinin qərarında bildirilir ki, səyahət qadağasının məqsədinin milli təhlükəsizliyi qorumaq olmasından əmin deyil, «bu qadağa daha çox prezidentin müsəlmanlara qarşı vəd etdiyi yasağı reallaşdırır».

«BU SƏLAHİYYƏT MÜTLƏQ DEYİL»

«Konqres prezidentə xaricilərin ölkəyə girişini əngəlləməyə geniş səlahiyyət verir, ancaq bu səlahiyyət mütləq deyil. Bunu nəzarətsiz buraxmaq olmaz. Elə bu halda da, prezident ölkənin vətəndaşlarına bərpa olunmayacaq ziyan vuracaq fərman verib», – baş hakim Roger L.Gregory deyib.

Trump seçki kampaniyası dövründə Birləşmiş Ştatlara gələn müsəlmanlara qadağa qoymaqla hədələyirdi.

Trump-ın yanvarda verdiyi fərman sonradan yeniləndi. İlkin fərmanda İraq və qaçqınlar da vardı. Yeni fərmanda dinə istinad məsələsi də çıxarılıb.

Ancaq tənqidçilər bu dəyişikliklərin həmin sənədin doğurduğu hüquqi problemləri aradan qaldırmadığını düşünürlər.

Hazırda digər apellyasiya məhkəmələri də bu işə baxır. Onlar da səyahət qadağasının əleyhinə qərar versələr, bu, administrasiyanın Ali Məhkəmədə işini çətinləşdirəcək.

XS
SM
MD
LG