Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:58

ABŞ-da adı prezident Donald Trumpın komandası ilə əlaqələrdə hallandırılan rus səfiri Sergey Kislyak Vaşinqtonu tərk edib.

Rusiya XİN 9 illik səfirlik fəaliyyətini başa vuran 66 yaşlı Kislyakın geri dönüşünün "qrafik üzrə" baş verdiyini, sadəcə, onun fəaliyyətinin başa çatdığını bildirib.

İnterfaks agentliyi yazır ki, Kislyak Rusiyanın Federasiya Şurasına üzv seçilə bilər.

Gözlənilir ki, Kislyakı səfir vəzifəsində siyasi elmlər doktoru Anatoli Antonov əvəz edəcək.

Kislyakın 2016-cı ilin prezident seçkiləri öncəsi Trump komandasının üzvləri ilə kontaktları ABŞ-da qalmaqal yaradıb.

Xüsusən də Konqresdə bunu Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi kimi qiymətləndirənlər çoxdur.

Buna da bax: Ağalarov-Trump dostluğunun tarixçəsi

Ağalarov-Trump dostluğunun tarixçəsi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG