Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:59

Trump: «Rusiyanın köməyinə ehtiyacım olmayıb»


arxiv

ABŞ prezidenti Donald Trump bəyan edib ki, 2016-ci il prezident seçkisində rəqibi Hillari Clinton-a qalib gəlmək üçün Rusiyanın köməyinə ehtiyacı olmayıb. Bu barədə Trump iyulun 19-da «New York Times»a müsahibəsində danışıb.

Donald Trump seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdıran xüsusi müstəntiqlər şurasının işindən də narazılığını ifadə edib. Tədqiqatı aparanardan birini - Federal Təhqiqat Bürosunun rəhbəri James Comey-i Trump bir müddət öncə işdən azad edib. Tədqiqat qrupuna həm də baş prokuror Jeff Sessions və Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller daxildir.

Trump-ın bu açıqlaması onun oğlu kiçik Donald Trump və seçki kampaniyasının o vaxtki rəhbəri Paul Manafort-un iyulun 26-da Senatın hüquq komitəsində ifadə verməyə razılaşmalarından sonraya təsadüf edir.

Hər iki şəxs sözügedən məsələ ilə bağlı xüsusilə də onların seçki kampaniyası dönəmində rusiyalı vəkil Natalia Veselnitskaya ilə görüşmələri bəlli olandan sonra diqqət mərkəzindədirlər.Rusiya telenakalına müsahibəsində Veselnitskaya özü də ifadə verməyə hazır olduğunu bildirib.

İyulun 11-də oğul Trump-ın öz tvitter hesabında yaydığı e-maillərdən bəlli olur ki, o, atasının seçki kampaniyasına kömək edəcək “həssas informasiya” təklif edən rusiyalı vəkil Natalia Veselnitskaya ilə görüşə razılıq verib. Oğul Trump onu da qeyd edib ki, görüş onlara heç bir fayda gətirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG