Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Trump Rusiyanın kiber hücum sifarişinə inanmır


Donald Trump ,10 oktyabr 2016

ABŞ-ın yeni prezidenti Donald TrumpDemokratlar Partiyasının rəsmilərinin kompüterlərinə olan haker hücumunun Rusiyadan planlaşdırıldığına hələ də inanmadığını deyir. O, Yeni il şənliyi üçün Floridaya gedərkən jurnalistlərə bildirib ki, onun bildiyi bəzi şeyləri adamlar bilmir.

Trumpın fikrincə, haker hücumunu başqaları da həyata keçirə bilərdi. O, bunu sübut etməyin çətin olduğunu söyləyib.

Ötən həftə ABŞ hökuməti 35 Rusiya diplomatını ölkdən qovub. Obama adminstrasiyası kəşfiyyat araşdırmalarına istinadən hesab edir ki, Moskva haker hücumu ilə Trump-ın qələbəsinə yardım edib.

Jurnalistlərin “Tayvanın prezidenti ABŞ-a gəlsə, onunla görüşəcəksizmi” sualına Donald Trump sadəcə “baxarıq”cavabını verib. ABŞ Tayvanın müstəqilliyini tanımayıb, ancaq Trump prezident seçiləndən sonra onun prezidenti ilə telefona danışıb.

Trump deyib ki, onun prezidentlik edəcəyi ABŞ bir çox ölkələrlə, o cümlədən, Rusiya və Çinlə “gözəl münasibətlər” quracaq.

Trump, həmçinin İsrailin onun üçün “çox, çox əhəmiyyətli” olduğunu söyləyib.

XS
SM
MD
LG