Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:15

Trump nəhayət ki, Putini təbrik edib


ABŞ prezidenti Donald Trump Vladimir Putin növbəti 6 il üçün prezident seçiləndən iki gün sonra, martın 20-də onu qələbə münasibətilə təbrik edib.

ABŞ prezidenti deyib ki, iki lider “çox da uzaq olmayan gələcəkdə” silahlanma yarışı, Ukrayna, Şimali Koreya və Suriya məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

Kreml bildirib ki, Trump və Putin arasında telefon söhbətində tərəflər “diqqəti ən yüksək səviyyədə görüşün keçirilməsi mümkünlüyünə yönəldib”.

Qərb müşahidəçiləri martın 18-də keçirilmiş Rusiya prezidenti seçkisində “real seçimin” olmadığını, saxtalaşdırmaya və seçicilərə təzyiqlərə yol verildiyini bildiriblər.

AzadlıqRadiosu bildirir ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emanuel Macron Putini elə həmin gün təbrik etsələr də, Trump-ın təbriki iki gün ləngitməsi iki ölkə arasındakı münasibətlərin gərgin olaraq qaldığını göstərir.

Martın 20-də günün birinci yarısında Kreml Ağ Evdən təbrik gəlməməsini “qeyri-dost” hərəkət hesab etmədiyini bildirirdi.

Putinin sözçüsü Dmitri Peskov demişdi ki, ola bilsin Trump-ın iş rejimi buna imkan verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG