Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:42

Ağ Ev deyir ki, Trump və Putinin ayrıca görüşü olub


ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Putin G20 sammiti zamanı indiyə qədər açıqlanmayan söhbətdə olublar.

Bu barədə iyulun 18-də Ağ Evin mətbuat xidməti xəbər verib.

İki lider iyulun 7-də təxminən 2 saat çəkən danışıqlarda olublar. Lakin Ağ Ev bildirib ki, Trump və Putin arasında dünya liderlərinin şam yeməyi zamanı qısa söhbət olub.

Bu görüşdən video görüntülərdə birinci ledi Melania Trump Putinin yanında oturub.

Eurasia Group konsaltinq firmasından Ian Bremmer ikinci görüş barədə fərqli fikirlər söyləyib.

O bildirir ki, həmin görüş zamanı Trump yerindən qalxaraq Putinlə “şəxsi və hərəkətli” görüşdə olub.

Bu görüş zamanı onlara Putinin tərcüməçisi qoşulub.

Söhbət vaxtı ABŞ tərcüməçisinin iştirak etməməsi G20 sammitində ciddi suallar doğurub.

Ağ Ev Trump-a istinadən bildirib ki, ABŞ tərcüməçisinin söhbətə qoşulmamasına səbəb tərcüməçinin rusca bilməməsi olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG