Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 14:58

Trump yenə də Putini təriflədi


ABŞ prezidenti seçilmiş Donald Trump bir daha Rusiya prezidenti Vladimir Putini tərifləyib.

O bunu, Putin Barack Obamanın 35 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına “gözə-göz” prinsipi ilə cavab verilməyəcəyini bildirəndən sonra edib.

Cənab Trump yazdığı tvitdə Putini “gözəl ləngitməyə” görə tərif edib: “Mən həmişə bilirdim ki, o çox ağıllıdır!”

Təhlilçilər Trump-ın “gözəl ləngitmə” ifadəsi ilə nə demək istədiyini sual edirlər.

Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, Trump bu mesajını hesabının ən yuxarısında yerləşdirib.

Qərb mediası yazır ki, beləliklə, Donald Trump ABŞ prezidentinin yox, rəqib ölkənin tərəfini saxlayıb.

Bununla belə, Barack Obama Konqresdə istər demokratlar, istərsə də respublikaçılar arasında geniş dəstəyə malikdir.

Putinin ABŞ-ın sanksiyalarına cavab verilməyəcəyi barədə bəyanatı ilə bağlı Ağ Evdən hələlik reaksiya olmayıb.

Lakin Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator John McCain Rusiyanın haker hücumunu “müharibə aktı” adlandırıb.

Senator bəyan edib ki, Rusiya “demokratiyanın təməlinə etdiyi hücumun bədəlini ödəməli olacaq”.

O Rusiyaya qarşı yeni sanksiyaların qoyulacağını istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG