Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 11:06

Putin: Trump deyəsən Rusiyanın təkzibi ilə 'razılaşıb'


Vladimir Putin deyib ki, ABŞ prezidenti Donald Trump-la Moskvanın Amerika seçkisinə iddia olunan müdaxiləsi barədə dərin müzakirə aparıb.

Putin bu danışıqlar zamanı bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyini göstərən heç bir sübut yoxdur.

Rusiya prezidenti bu bəyanatı Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammitindən sonra keçirdiyi mətbuat konfransında verib.

Prezident Putin Moskva ilə Vaşinqton arasında Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı yaranmış gərgin münasibətlərin yaxşılaşacağına ehtiyatlı ümid ifadə edib.

Putin deyib ki, Rusiya və ABŞ arasında münasibətlərin qismən normallaşmasına ümid etmək üçün əsas var.

Bundan əvvəl çxış edən Rusiya xaricvi işlər naziri Sergey Lavrov deyib ki, Trump Putinin seçki müdaxiləsi barədə təkzibini“qəbul edib”.

Putin və Trump arasında 35 dəqiqə üçün nəzərdə tutulmuş bu görüş 2 saat 15 dəqiqə çəkib. Onlar bu müddət ərzində Suriya, Ukrayna, Şimali Koreyanın nüvə silahı və Rusiyanın ABŞ seçkisinə müdaxiləsi məsələsini müzakirə ediblər.

Bu görüş haqqında verdiyi ilk bəyanatda Trump onu “əzəmətli görüş” adlandırıb.

Amma Putin Hamburqda jurnalistlərə deyib ki, “sizin televiziyada gördüyünüz Trump real Trump-dan fərqlidir”.

Hər iki tərəf bildirir ki, Trump və Putin görüş zamanı Rusiya və ABŞ tərəfindən iyulun 7-də Suriyanın cənub-qərbində elan edilmiş atəşkəs məsələsinə ciddi diqqət veriblər.

Tillerson deyib ki, atəşkəsin təfərrüatları hələ müzakirə olunmalıdır.

Lavrov isə deyib ki, atəşkəsə Rusiya hərbçiləri nəzarət edəcəklər və atəşkəs iyulun 9-da günorta qüvvəyə minəcək.

Şərhçilər qeyd edirlər ki, bu, Rusiya, Türkiyə və İran arasında “de-eskalasiya zonaları” barəsində qəbul olunmuş razılaşmadan fərqlidir.

Putin Hamburqda bunu da deyib ki, ABŞ administrasiyası Trump-ın hakimiyyəti ərzində Suriya məsələsində daha praqmatik mövqe tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG