Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Trump-ın bir vədi üzərində iş gedir


Donald Trump
Donald Trump

ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Trump-ın seçki kampaniyası zamanı verdiyi vədlərdən biri üzərində iş gedir.

Bunu onun keçid komandasında yüksək vəzifə tutan iki respublikaçı ötən gün jurnalistlərə bildirib. Söhbət Vaşinqtondakı "bataqlığı qurutmaq"la bağlı vəddir.

SƏNƏD GÖSTƏRƏCƏKLƏR

Trump-ın kommunikasiyalar üzrə direktoru Jason Miller və Respublikaçılar partiyası Milli Komitəsinin sözçüsü Sean Spicer bildiriblər ki, administrasiyada yüksək vəzifə tutacaq şəxslər, qeydiyyatdan keçmiş lobbiçidirlərsə, öncə lobbiçilik işini dayandırmaları barədə sənəd təqdim edəcəklər.

Buna da bax:​ Trump 100 günə bunları gerçəkləşdirməyə söz verib

Bundan əlavə, hökuməti tərk edən rəsmilər 5 il ərzində lobbiçiliklə məşğul ola bilməyəcəklər. Bu, onlarla imzalanan müqaviləyə salınacaq.

"Bu ona görə vacibdir ki, cənab Trump-ın məqsədi insanların hökumətdən və hökumətdəki işləri hesabına varlanmasını əngəlləməkdir”, – deyə Spicer bildirib.

Prezident Barack Obama prezidentliyinin ilk günündə administrasiyadan gedən rəsmilərin lobbiçiliklə məşğul olmasına iki illik qadağa qoymuşdu.

QADAĞAYA NECƏ ƏMƏL OLUNUR

Ancaq lobbiçiliyə hər hansı qadağa onun necə yazılmasından və tətbiqindən asılıdır. Vaşinqtonda ümumi praktika budur ki, əsas oyunçular lobbiçi kimi qeydiyyatdan keçmir. Onlar konsultant, yaxud məsləhətçi olurlar. Bu isə onlara təcrübə və əlaqələrini Vaşinqtonda məşhur Key-stritə (bu küçədə çox sayda beyin mərkəzi və lobbi qurumunun ofisi yerləşir) daşıyaraq yüzminlərlə dollar qazanmaq imkanı verir.

Buna da bax: D.Trump 2-3 milyon miqrantı qovacağını deyir

Trump-ın komandası lobbiçiləri öz sıralarından kənarlaşdırmaq üzərində çalışır.

Trump-ın seçki günündən öncəki komandası Key-stritdən olan lobbiçilər və uzun zamandan bəri Vaşinqtonda çalışan ekspertlərlə dolu idi. Bu, Trump-ın islahat vədlərinə dair suallar doğururdu.

“HAMI LOBBİÇİDİR”

Bazar günü Trump "Fox News" kanalının "60 dəqiqə" proqramında keçid komandasının Vaşinqtondan ekspertlərlə dolu olduğunu etiraf edib: "Orada hamı lobbiçidir", – o deyib.

Buna da bax:​ NATO Trump-a sərt xəbərdarlıq etdi

"Elə sistemin problemi də budur – sistem. Biz sistemi təmizləməyə çox iş görəcəyik. Ancaq hökumətdə işləyən hər kəs vəzifədən gedən kimi lobbiçiyə çevrilir. Demək istəyirəm, yerin özü başdan-ayağa lobbiçidir", – deyə Trump gileylənib.

Trump deyib ki, lobbiçilərdən yaxa qurtarmağı planlaşdırdığı indiki vaxtda onlara güvənmək heç bir ziddiyyət yaratmır.

"Deyirəm ki, indi onlar sistemi yaxşı bilirlər. Ancaq biz bunu bitirəcəyik. Buna son qoyulmalıdır", – Trump deyib.

Buna da bax:​

"Azərbaycan Trumpla səmərəli əməkdaşlığa ümid edir"
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG