Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Trump Obamanın Kuba ilə bəzi razılaşmalarını ləğv edir


Donald Trump Mayamidəki Manuel Artime teatrında ABŞ-Kuba siyasətinə dair sərəncamını nümayiş etdirir. 16 iyun 2017
Donald Trump Mayamidəki Manuel Artime teatrında ABŞ-Kuba siyasətinə dair sərəncamını nümayiş etdirir. 16 iyun 2017

Litl Havanaya səfəri əsnasında prezident Donald Trump Kuba hökumətini sərt tənqid edib və özündən əvvəlki prezident Barack Obamanın bu ölkə ilə münasibətlərin normallaşdırılması üçün imzaladığı bir sıra razılaşmaları ləğv edib.

O deyib ki, “mən əvvəlki administrasiyanın Kuba ilə tamamilə birtərəfli razılaşmasını ləğv edirəm”.

Trump bildirib ki, “bizim siyasətimiz Kuba xalqı və Amerika Birləşmiş Ştatları üçün daha yaxşı razılaşma əldə edilməsi istiqamətində işləyəcək”.

Lakin siyasi şərhçilər bildirirlər ki, Obamanın bir çox razılaşmaları qüvvədə qalıb.

Ağ Evin rəsmiləri bildiriblər ki, Trump adaya səfərlərə məhdudiyyətlər qoyub və Kubanın böyük hərbi kompleksinə bağlı müəssisələrlə hər hansı iş birliyini qadağan edib.

Burada etdiyi 35 dəqiqəlik çıxışında Trump deyib ki, bundan əvvəlki gediş-gəliş razılaşması Kuba xalqına kömək etmir, əksinə Kuba rejimini varlandırır.

Trump bəyan edib ki, Kubada bütün siyasi məhbuslar azad edilməyincə, ifadə azadlığı təmin olunmayınca, bütün siyasi partiyalar leqallaşdırılmayınca və azad, beynəlxalq birlik tərəfindən tanınan seçkilər keçirilməyincə bu ölkə üzərindəki ABŞ embarqosu qaldırılmayacaq.

Bununla belə, iki ölkənin paytaxtında fəaliyyət göstərən səfirliklərə toxunulmayacaq.

İki ölkə arasında əsasən ABŞ şirkətləri tərəfindən həyata keçirilən hava və dəniz nəqliyyatının da işi davam etdiriləcək.

Trump-ın Kubaya dair yeni qərarları ABŞ millət vəkillərinin bəziləri tərəfindən tənqid olunub.

Onlar bildirilər ki, bu, faktiki olaraq Soyuq müharibə siyasətinə qayıdılmasıdır.

Lakin bir başqaları, məsələn Marco Rubio da daxil olmaqla bu dəyişiklikləri alqışlayıb.

Reuters yazır ki, Trump-ın bəyanatı adi kubalıların əksəriyyətini məyus edib.

Kiçik Havananın (Little Havana) adı Kubanın paytaxt şəhərindən götürülüb və Mayamidə yerləşən bu şəhərdə çox sayda kubalı mühacir yaşayır.

Prezident Trump bu şəhərə səfəri zamanı habelə 1961-ci ildə kommunist Kubasında hakimiyyəti devirmək üçün adaya uğursuz müdaxilə etmiş korpusun veteranları ilə görüş keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG