Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Trump deyir ki, Pxenyanla sammit ‘hətta iyunun 12-də də’ baş tuta bilər


Şimali Koreya lideri Kim Jong Un (solda) və ABŞ prezidenti Donald Trump
Şimali Koreya lideri Kim Jong Un (solda) və ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump Kim Jong Un-la iyunun 12-ə təyin edilmiş görüşü ləğv etdikdən sonra deyib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə “danışmaqda” davam edir.

Trump mayın 25-də jurnalistlərə deyib ki, “hamı oyun oynayır”.

Sammit barədə suala cavab verərkən ABŞ prezidenti bildirib: “Görək nə baş verir. Bu iyunun 12-də də ola bilər”.

Ağ Evdə mətbuat nümayəndələri ilə danışan Trump deyib ki, hər iki tərəf sammitin baş tutmasını istəyir.

Trump iyunun 12-ə təyin edilmiş sammiti, Şimali Koreyanın növbəti hədəsindən sonra, mayın 24-də ləğv etdiyini bildirmişdi.

Pxenyan Trump-la danışmaq istədiyini deyir

Şimali Koreya hələ də ABŞ prezidenti Donald Trump ilə danışmaq istəyir. Trump mayın 24-də iyunun 12-nə Kim Jong Un-la planlaşdırılan sammiti təxirə salıb, bunu Pxenyanın “böyük qəzəb və açıq düşmənçiliyi” ilə izah edib.

Şimali Koreya xarici işlər nazirinin müavini Kim Kye Gwan isə mayın 25-də Trump-ın açıqlamasına münasibət bildirib, Pxenyanın Vaşinqtonla məsələləri “istənilən vaxt, istənilən yolla” həll etməyə açıq qaldığını söyləyib.

Gwan Trump-ın qərarını “gözlənilməz” adlandırıb, “böyük təəssüf” doğurduğunu vurğulayıb. Onun deməsinə görə, danışıqların təxirə salınması “Şimali Koreya- ABŞ arasındakı tarixən düşmən münasibətlərin durumunun necə ağır olduğunu, əlaqələrin yaxşılaşdırılmasından ötrü sammitin keçirilməsinin vacibliyini” göstərir.

Dünya və Koreya yarımadasından ötrü sülh və sabitlik yaratmaq öhdəliyimiz dəyişməz qalır, ABŞ-a vaxt və fürsət verməkdə açıq fikirliyik”, – o bildirib.

Trump Kim Jong Un-la sammiti ləğv etmək istədiyini mayın 24-də açıqlayıb. Ondan bir gün öncə isə Şimali Koreya ABŞ-ın vitse-prezidenti Mike Pence-ni “siyasi oyuncaq” adlandırmış, sammiti təxirə salmaqla hədələmişdi.

***

ABŞ prezidenti Donald Trump-ın Şimali Koreya lideri Kim Jong Un-la iyunun 12-ə təyin edilmiş sammiti ləğv etdiyi xəbər verilir.

Bundan əvvəl, bir neçə ay ərzində iki lider bir-birlərini təhqir edən bəyanatlarla çıxış edirdilər.

Lakin Mike Pomeo-nun Kim Jong Un-la görüşündən sonra nəhayət Pxenyan və Vaşinqton arasında mübahisənin başa çatacağına ümidlər yaranmışdı.

Buna baxmayaraq Trump-ın yenu milli təhlükəsizlik müşaviri John Bolton Şimali Koreyanın da Liviya kimi nüvə proqramından könüllü əl çəkməli olduğunu söylədikdən sonra gərginlik bərpa olunub.

Hərçənd bunun ardınca Donald Trump Bolton-un dediyini təkzib etmiş və bildirmişdi ki, ABŞ “Liviya modelini” tələb etmir.

Məktub

Trump-ın Kim Jong Un-a mayın 24-də Ağ Ev tərəfindən açıqlanmış məktubunda deyilir ki, prezident “hazırkı vaxtda bu çoxdan bəridir planlaşdırılan görüşün keçirilməsini münasib hesab etmir”.

ABŞ prezidenti yazır: “Şimali koreyalılar özlərinin nüvə qabiliyyətindən danışırlar, amma bizim qabiliyyətimiz elə azman və qüdrətlidir ki, mən Allaha dua edirəm, onları heç vaxt işlətməyək”.

Trump eyni zamanda Kim-ə bildirir ki, mümkün yeni görüş barədə ona xəbər verəcək: “Əgər bu çox mühüm sammit barədə fikriniz dəyişsə, lütfən tərəddüd etmədən mənə zəng edin, yaxud yazın”.

Trump bunu da qeyd edir ki, o bu dialoq barədə xoş fikirlərə malik olub:

“Dünya və xüsusilə də Şimali Koreya davamlı sülh, böyük firavanlıq və sərvət əldə edilməsi üçün böyük imkanı əldən verib”.

Şimali Koreya bu xəbərlə bağlı hələlik reaksiya verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG