Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

Trump İranı kəskin tənqid edir, amma ABŞ-ı nüvə sazişindən çıxarmır


ABŞ prezidenti Donald Trump İranı “fanatik” liderlər tərəfindən idarə olunan “yaramaz rejim” adlandıraraq kəskin tənqid edib, lakin Birləşmiş Ştatların 2015-ci ildə Tehran və 6 dünya gücü arasında imzalanmış sazişdən çıxacağını deməyib.

Trump oktyabrın 13-də İran siyasətinə dair çoxdandır gözlənən çıxışında habelə İranın İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) qarşı yeni sanksiyaları elan edib. O bildirib ki, bu sanksiyalar qlobal terrorizmə qarşı prezident sərəncamı şəklində tətbiq olunacaq.

Trump İranla nüvə sazişindən çıxmasa da, Tehranı onun təbirincə deyilsə, ballistik raket sınaqlarını və Yaxın Şərqdəki ekstremistlərə dəstəyini davam etdirməklə sazişin “ruhunu” pozmaqda ittiham edib.

İranın regiondakı hərəkətlərini neytrallaşdırmaq məqsədilə Trump Konqresi, “İran Nüvə Sazişinə Baxılması” (Iran Nuclear Agreement Review Act - INARA) haqqında qanunu sərtləşdirməyə çağırıb.

Daha çox INARA qısa adı ilə tanınan bu qanun, Konqres tərəfindən İranla imzalanmış nüvə sazişinə qarşı qəbul edilmişdi.

ABŞ rəsmiləri bildirirlər ki, Trump, bu qanuna lazım gələrsə,İrana qarşı sanksiyaları avtomatik və dərhal bərpa edən mexanizmlərin əlavə olunmasını istəyir.

Bundan başqa prezident sözü gedən qanunda sanksiyaların həm də İranın raket proqramı ilə əlaqələndirilməsinə tərəfdardır.

Konqres qanuna hər hansı dəyişikliklərin edilməsi məsələsinə 60 gün müddətində baxa bilər.

2015-ci ildə prezident Obama-ın iştirakı ilə imzalanmış nüvə sazişi Tehrandan onun üzərindəki sanksiyaların qaldırılması müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağı tələb edir.

Bu sazişi İran və ABŞ-dan başqa həm də Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıblar.

ABŞ rəsmiləri bildiriblər ki, İrana qarşı sanksiyaların bərpa ediləcəyi təqdirdə belə, bu Birləşmiş Ştatların 2015-ci ildə imzalanmış çoxtərəfli beynəlxalq sazişdən çıxması sayılmamalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG